Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

TƏCİLİ: Netanyahu orduya ƏMR VERDİ: Bu ərazilər nəzarətə götürülür

Dünya

İsrailin baş naziri Benyamin Netanyahu ordunun Qəzza zolağı ərazisinin 70 faizini nəzarətə götürməsi barədə tapşırıq verdiyini bəyan edib.

Çağdaş.Az xəbər verir ki, hökumət başçısı bu barədə İordan çayının qərb sahilində keçirilən konfransdakı çıxışı zamanı bildirib.

Məlumatı CNN telekanalı yayıb.

Netanyahunun sözlərinə görə, İsrail anklav üzərindəki nəzarətini mərhələli şəkildə gücləndirir. Hazırda İsrail ordusu Qəzza ərazisinin 60 faizinə nəzarət edir, bundan əvvəl isə bu göstərici 50 faiz təşkil edirdi.

“Mənim göstərişim addım-addım irəliləməkdir, ilk növbədə bu nəzarəti 70 faizə çatdırmalıyıq”, – deyə baş nazir çıxışında vurğulayıb.

CNN-in hesabatında həmçinin qeyd olunur ki, aprelin sonunda İsrail Müdafiə Ordusu (IDF) beynəlxalq humanitar təşkilatlar arasında xəritələr paylaşıb.

Həmin sənədlərə əsasən, İsrail hərbçilərinin nəzarətində Qəzza ərazisinin təxminən 64 faizi olub./Musavat.com /