Son dəqiqə
Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi

Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

Cəmiyyət

2026/2027-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yerdəyişməsi üçün müraciətlərin qəbulu başlayır.

Çağdaş.Az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, yerdəyişmə ilə bağlı müraciətlər elektron qaydada qəbul olunacaq. Prosesdə ali və orta ixtisas təhsili müəssisələrinin normativ təhsil müddətində təhsil alan, həmçinin təhsil aldıqları müddət ərzində tədris proqramı üzrə nəzərdə tutulan kreditlərin ən azı yarısını toplamış tələbələr iştirak edə bilərlər.

Müraciətlərin qəbulu 13 iyul 2026-cı il saat 10:00-da başlayacaq və 19 iyul saat 18:00-dək davam edəcək.

Yerdəyişmədə iştirak etmək istəyən tələbələr portal.edu.az platformasında qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra istifadəçi adı və şifrə ilə sistemə daxil olub elektron müraciət formasını dolduraraq təsdiqləməlidirlər.

Agentlik tələbələrə müraciət zamanı təqdim etdikləri məlumatların düzgünlüyünü diqqətlə yoxlamağı və müəyyən edilmiş son müraciət tarixlərinə əməl etməyi tövsiyə edib.