Son dəqiqə
Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur – VİDEO İstanbuldakı dağıdıcı seli proqnozlaşdıran mütəxəssis yenidən XƏBƏRDARLIQ ETDİ Müəllimlərin pensiyası necə artırıla bilər? – AÇIQLAMA
Reklam
Reklam

Tramp: İran müharibəsində qalib gəldikdən sonra neft qiymətləri kəskin ucuzlaşacaq

Dünya

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla müharibənin ABŞ-nin xeyrinə başa çatmasından sonra neft qiymətləri digər məhsullar kimi, hətta onlardan daha sürətlə aşağı düşəcək.

Çağdaş.Az xəbər verir ki, Tramp bu barədə “Truth” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

ABŞ lideri qeyd edib ki, İranla qarşıdurma başa çatdıqdan sonra enerji bazarında qiymətlərin əhəmiyyətli dərəcədə ucuzlaşacağını gözləyir.

“İran müharibəsində qalib gəldikdən sonra neft qiymətləri də digər qiymətlər kimi, hətta daha kəskin şəkildə aşağı düşəcək”, – deyə Tramp yazıb.

Onun sözlərinə görə, yanacağın qiyməti ilk mərhələdə hər qallon üçün 3 dollara, sonrakı mərhələdə isə 2 dollardan da aşağı enə bilər.

Tramp əlavə edib ki, bu prosesin sürətlə baş verəcəyinə inanır.

“Bütün bunlar çox qısa müddətdə baş verəcək və İran heç vaxt nüvə silahına sahib ola bilməyəcək”, – deyə ABŞ Prezidenti vurğulayıb.