ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun qarşıya qoyduğu məqsədlərə tam şəkildə nail ola bilməyəcəyi halda, İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlana biləcəyini bildirib.
Cagdas.az xəbər verir ki, Tramp bu barədə Fransanın LCI telekanalının jurnalisti Sonya Dridi ilə telefon danışığı zamanı danışıb.
Jurnalistin “X” sosial şəbəkədə paylaşdığı məlumata əsasən, ABŞ lideri Vaşinqtonun Tehrandan konkret olaraq hansı tələbləri irəli sürdüyünü açıqlamayıb.
Xatırladaq ki, bundan əvvəl Axios portalı Trampın iyulun 25-nə keçən gecə İrana qarşı təxminən iki həftə davam edən hava zərbələrinin dayandırılması barədə göstəriş verdiyini yazmışdı.
Nəşrin məlumatına görə, bu qərar Oman nümayəndələrinin Tehranda keçirdiyi danışıqlar fonunda qəbul edilib. Bildirilir ki, görüşlər zamanı Hörmüz boğazı üzərindən gəmiçiliyin bərpası məsələsində müəyyən irəliləyiş əldə olunub.(modern.az)
















