• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15° Weather Columbus
$
1.7
€
1.9345
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

"Əsrin boşanması": Milyarder keçmiş arvadına 644 milyon dollar ödəyəcək

 

25 İyul, 26 / 13:28
A A

Cənubi Koreya “SK Hynix” şirkətinin baş direktorunun xəyanət etirafı ilə başlayan 10 illik məhkəmə dastanı ölkə tarixində rekord qıran maliyyə razılaşması ilə başa çatıb.

Çağdaş.Az xəbər verir ki, məhkəmənin qərarına görə, “SK Hynix” şirkətinin rəhbəri Çe Te Von keçmiş həyat yoldaşı No So Yona təxminən 644 milyon dollar (944 milyard von) kompensasiya ödəməlidir.

Seul Ali Məhkəməsinin qərarı ölkə tarixində “əsrin boşanması” adlandırılan 10 illik məhkəmə çəkişməsinə son qoyub.

Bu, Cənubi Koreya məhkəmə tarixində boşanma ilə bağlı verilmiş ən böyük maliyyə kompensasiyası hesab olunur.

No So Yon Cənubi Koreyanın sabiq prezidenti No Te Unun qızıdır. O, Çe Te Vonla 34 il evli olub.

Məhkəmənin qərarı 2022-ci ildə aşağı instansiyanın çıxardığı hökmdən xeyli fərqlənir. Həmin vaxt No So Yona 66,5 milyard von kompensasiya təyin edilmişdi. Son illərdə süni intellekt texnologiyalarına artan qlobal tələbat nəticəsində “SK Hynix”in bazar dəyərinin təxminən 2500 faiz artması kompensasiyanın da rekord həddə yüksəlməsinə səbəb olub.

“Bloomberg”in qiymətləndirməsinə görə, ödəniləcək məbləğ Çe Te Vonun təxminən 5,6 milyard dollarlıq sərvətinin 12 faizinə bərabərdir.

Məhkəmə biznesmenə kompensasiyanı pul şəklində ödəməyə icazə verib. Bu isə onun “SK Hynix”dəki səhmlərini satmadan şirkət üzərində nəzarətini qorumasına imkan yaradır.

Ekspertlər hesab edirlər ki, Çe Te Von kompensasiyanı ödəmək üçün qeyri-əsas aktivlərdəki paylarını sata və ya səhmlərini girov qoyaraq kredit götürə bilər.

Qeyd edək ki, ailənin dağılması 2015-ci ildə Çe Te Vonun qəzetdə dərc etdirdiyi açıq məktubla başlamışdı. O, həmin məktubda nikahdankənar münasibətini və bu əlaqədən övladının olduğunu etiraf etmişdi.

Bənzər Xəbərlər

Dünya

Siyasi analitikdən XƏBƏRDARLIQ: Dünya "sonsuz müharibələr" dövrünə daxil olur

İyul 25, 2026
Dünya

BCM-in baş prokuroru Kərim Xanın torbasını kim tikdi?

İyul 25, 2026
Dünya

Ağ Ev İran əməliyyatını maliyyələşdirmək üçün vəsait axtarır

İyul 25, 2026
Dünya

Qara iyul: son 10 ildə 7-ci baş nazir – Çörçillə qalmayan post xələflərinə də qalmır

İyul 25, 2026
Dünya

Araqçi ilə Lavrovun kritik görüşü: Hörmüz boğazı müzakirə edildi

İyul 25, 2026
Dünya

Aİ rusiyalı iş adamı və enerji şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq etdi

İyul 24, 2026

XƏBƏR LENTİ

“Yahoo” CEO-su: “Pizza restoranında işləyirdim, biznes haqqında heç nə bilmirdim”

25 İyul, 26 / 14:40

I və IV qrupların imtahan nəticələri bu tarixdə açıqlanacaq - RƏSMİ

25 İyul, 26 / 14:22

Sabah 41 dərəcə isti olacaq

25 İyul, 26 / 14:04

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? – ARAŞDIRMA

25 İyul, 26 / 13:46

"Əsrin boşanması": Milyarder keçmiş arvadına 644 milyon dollar ödəyəcək

 

25 İyul, 26 / 13:28

Muzdla işləyənlərin maaşı ilə bağlı mühüm statistika

25 İyul, 26 / 13:10

VI “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR

25 İyul, 26 / 12:53

Siyasi analitikdən XƏBƏRDARLIQ: Dünya "sonsuz müharibələr" dövrünə daxil olur

25 İyul, 26 / 12:35

BCM-in baş prokuroru Kərim Xanın torbasını kim tikdi?

25 İyul, 26 / 12:17

Məşhur həbsxana rəisi vəfat etdi - Foto

 

25 İyul, 26 / 12:01
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.