ABŞ prezidenti Donald Tramp Ukrayna məsələsi ilə bağlı Vaşinqton və Moskva arasında razılaşma əldə olunmayacağı təqdirdə Rusiyaya qarşı birtərəfli sanksiyaları istənilən vaxt sərtləşdirməyə hazır olduğunu bildirib.
Çağdaş.Az Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək səlahiyyətindən niyə hələlik istifadə etmədiyi ilə bağlı suala cavabında deyib:
“Yeri gəlmişkən, mənim bunu istənilən vaxt etmək hüququm var. Dərhal da edə bilərəm. Əgər razılaşma əldə olunmasa, bunu hər zaman edə bilərəm”.
ABŞ lideri bu fikirləri Rusiya əleyhinə yeni sanksiyaların tətbiqini nəzərdə tutan və Lindsi Qremmin təşəbbüsü ilə irəli sürülən qanun layihəsi ilə bağlı sualı cavablandırarkən səsləndirib.
Tramp, həmçinin respublikaçı həmkarlarının əksəriyyətinin onun hələlik həmin qanunvericilik təşəbbüsündən istifadə etməmək qərarını anladığını vurğulayıb.


