ABŞ prezidenti Donald Tramp əmindir ki, İranın Hörmüz boğazını açmasına nail olacaq.
Çağdaş.Az xəbər verir ki, Tramp bu barədə Fox News-a verdiyi müsahibədə danışıb: “Mən düzgün qərarı verəcəyəm. Boğaz açıq olacaq, İran nüvə silahından azad olacaq və dünya normal həyatına davam edəcək”.
Tramp hansı konkret tədbirlər görmək niyyətində olduğunu dəqiqləşdirməyib.
Onun sözlərinə görə, ABŞ İranla münaqişənin diplomatik həllinə bir neçə dəfə yaxınlaşıb, lakin hər dəfə Tehran sonda razılaşmadan geri çəkilib./Musavat.com/
















