• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.7° Weather Columbus
$
1.7
€
1.9615
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür

16 Avqust, 26 / 9:37
A A

Avqustun 16-sı mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür.

Referans Media xatırladır ki, Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub.

Bakıda orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alıb.

Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı” və “Rəqabət” pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.

O, tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib.

B.Vahabzadə Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb. 1990-cı ildə təqaüdə çıxıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, sonra həqiqi üzvü seçilib. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqqallar Şurasının üzvü idi.

Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan Kommunist Partiyasının Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilib. 1976-cı ildə “Leninlə söhbət” və “Muğam” poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb.

B.Vahabzadə 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub.

Bu poemaya görə 1962-ci ildə şair “millətçi” damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılıb, yalnız iki ildən sonra işə bərpa edilib.

B.Vahabzadə 70-dən artıq şeir kitabının, iki monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, həmçinin də keçmiş Sovet İttifaqı xalqlarının dillərinə tərcümə edilib.

Xalqı oyandırmaq məqsədi ilə əsərlərini qələmə alan B.Vahabzadə şeirlərində vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah edib.

O, 2009-cu il fevral ayının 13-də 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.

Bənzər Xəbərlər

Cəmiyyət

Avqustun 18-də bu ərazilərdə qaz OLMAYACAQ

Avqust 16, 2026
Dünya

Moskva vilayətinə kütləvi DRON HÜCUMU: Ölən və yaralananlar var - VİDEO

 

Avqust 16, 2026
Cəmiyyət

Gömrük məlumatları bu nazirliyə də təqdim olunacaq

Avqust 14, 2026
Cəmiyyət

Prezident fərman imzaladı

Avqust 14, 2026
Cəmiyyət

Sabahın havası

Avqust 14, 2026
Cəmiyyət

Məktəbli formalarının qiymətləri AÇIQLANDI – RƏSMİ

 

Avqust 13, 2026

XƏBƏR LENTİ

Azərbaycan bu sahədə Rusiyanı GERİDƏ QOYDU

16 Avqust, 26 / 11:23

Avqustun 18-də bu ərazilərdə qaz OLMAYACAQ

16 Avqust, 26 / 11:05

Zubirlə vidalaşan “Qarabağ”dan SON TRANSFER XƏBƏRİ

 

16 Avqust, 26 / 10:48

Moskva vilayətinə kütləvi DRON HÜCUMU: Ölən və yaralananlar var - VİDEO

 

16 Avqust, 26 / 10:30

İslam Maxaçev UFC tarixinidə ilkə İMZA ATDI

 

16 Avqust, 26 / 10:13

Bu rayonlarda leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16 Avqust, 26 / 9:55

Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür

16 Avqust, 26 / 9:37

Pasportdakı yaşınız aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

 

16 Avqust, 26 / 9:19

İran və Oman Hörmüz boğazından gəmilərin keçidi üzrə marşrutu razılaşdırıb

16 Avqust, 26 / 9:03

Maaş və pensiya kartı ilə bağlı YENİLİK – Kimlərə şamil olunur?

15 Avqust, 26 / 11:50
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.