• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26° Weather Columbus
$
1.7
€
1.9362
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Türk dünyası Şuşada bir araya gəldi

30 İyun, 26 / 15:35
A A

Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçirilir.

Çağdaş.Az xəbər verir ki, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevi, eləcə də Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandan gələn nümayəndə heyətlərini Türk dünyasının mədəniyyət paytaxtı, Azərbaycanın Zəfər rəmzi olan Şuşada salamlayıb.

“Şuşa həm də mənim doğma evim, uşaqlıq xatirələrimin yurdudur. Bu gün qardaşlarımı öz evimizdə, Qarabağda qarşılamaq mənə xüsusi qürur hissi yaşadır”, – deyə Komitə sədri bildirib.

Ramin Məmmədov vurğulayıb ki, Azərbaycanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu ilk görüş TDT çərçivəsində dini məsələlər üzrə məsul dövlət qurumlarının ilk çoxtərəfli platformasıdır və gələcək strateji əməkdaşlığın möhkəm təməlini formalaşdıracaq.

Komitə sədri bildirib ki, Türk Dövlətləri Təşkilatı bu gün regional sabitlik və qlobal sülhün təminində mühüm rol oynayan nüfuzlu geosiyasi güc mərkəzinə çevrilib. Onun sözlərinə görə, təşkilatın inkişafında TDT Katibliyinin və Baş katib Kubanıçbek Ömüralıyevin çoxtərəfli əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi istiqamətində mühüm xidmətləri var.

R.Məmmədov qeyd edib ki, Türk dünyasının inteqrasiyası Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət kursunun əsas prioritetlərindən biridir. O xatırladıb ki, dövlət başçısının “Bizim bir ailəmiz var, o da Türk dünyasıdır” bəyanatı ortaq mənəvi dəyərlər əsasında birliyin möhkəmləndirilməsini nəzərdə tutur.

Komitə sədri çıxışında müasir dövrdə anti-İslam meyllərinin və yeni ideoloji təhdidlərin artdığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, İslamı terrorla eyniləşdirməyə çalışan dairələrə qarşı beynəlxalq müstəvidə ən prinsipial mövqe nümayiş etdirən ölkələrdən biri Azərbaycandır.

Ramin Məmmədov bildirib ki, TDT çərçivəsində Müsəlman Dini İdarələri Rəhbərlərinin Şurası artıq uğurla fəaliyyət göstərsə də, Şuşada təməli qoyulan yeni platforma dövlətlərarası səviyyədə hüquqi və institusional əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

O, həmçinin Azərbaycan İlahiyyat İnstitutunun potensialından istifadə edilməsinin, TDT ölkələrinin dini təhsil müəssisələri arasında təcrübə mübadiləsinin, birgə elmi araşdırmaların və akademik əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Komitə sədri əlavə edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dini və mədəni irsə qarşı törədilmiş vandalizm aktlarının beynəlxalq müstəvidə ifşası, tarixi abidələrin qorunması və bərpası istiqamətində əməkdaşlıq da platformanın əsas fəaliyyət istiqamətlərindən biri olacaq.

Ramin Məmmədovun sözlərinə görə, yeni əməkdaşlıq formatı radikalizmə, xarici ideoloji müdaxilələrə və cəmiyyətlərin milli-mənəvi dəyərlərinə yönələn təhdidlərə qarşı ortaq mövqenin formalaşdırılmasına xidmət edəcək.

Sonda Komitə sədri əminliyini ifadə edib ki, Şuşada əsası qoyulan platforma Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini sahəyə məsul dövlət qurumlarını ortaq məqsədlər ətrafında daha da yaxınlaşdıracaq və Türk dünyasının mənəvi birliyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.

 

Bənzər Xəbərlər

Cəmiyyət

Bu yolda hərəkət qismən məhdudlaşdırılır – 5 gün

İyun 30, 2026
Cəmiyyət

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

İyun 30, 2026
Cəmiyyət

Sabahın havası AÇIQLANDI

İyun 30, 2026
Cəmiyyət

Qumar oyunları ilə bağlı cəzalar sətləşir

İyun 30, 2026
Cəmiyyət

Kurikulum sistemi ləğv olunacaq? - Nazir AÇIQLADI

İyun 30, 2026
Cəmiyyət

Milli Məclisin iclası keçirilir

İyun 30, 2026

XƏBƏR LENTİ

Bu yolda hərəkət qismən məhdudlaşdırılır – 5 gün

30 İyun, 26 / 16:45

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

30 İyun, 26 / 16:31

Sabahın havası AÇIQLANDI

30 İyun, 26 / 16:17

Qumar oyunları ilə bağlı cəzalar sətləşir

30 İyun, 26 / 16:03

Hesablama Palatasına yeni səlahiyyətlər verilir

30 İyun, 26 / 15:48

Türk dünyası Şuşada bir araya gəldi

30 İyun, 26 / 15:35

Kurikulum sistemi ləğv olunacaq? - Nazir AÇIQLADI

30 İyun, 26 / 15:23

Azərbaycan daha bir konvensiyaya qoşuldu

30 İyun, 26 / 15:10

Milli Məclisin iclası keçirilir

30 İyun, 26 / 14:54

3 bürc üçün uğurlu dövr başladı

30 İyun, 26 / 14:40
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.