Cagdas.az xəbər verir ki, araşdırmaya əsasən, şəhər səviyyəsində Türkiyənin ən ucuz yaşayış məntəqəsi Ağrı olub. Bölgələr üzrə sıralamada isə Mardin, Batman, Şırnak və Siirt ilk pillədə qərarlaşıb. Sözügedən bölgənin qiymət indeksi 91,5 bal təşkil edib. Türkiyə üzrə orta göstərici isə 100 bal qəbul olunur.
Yaşayış xərclərinin ən aşağı olduğu ilk 5 bölgə belə sıralanıb:
Mardin, Batman, Şırnak, Siirt – 91,5 bal
Ağrı, Qars, İğdır, Ərdahan – 92,8 bal
Kırıkkale, Aksaray, Niğdə, Nevşehir, Kırşehir – 93,8 bal
Van, Muş, Bitlis, Hakkari – 94 bal
Şanlıurfa, Diyarbəkir – 94,8 bal.
Məlumatlar göstərir ki, bu bölgələrdə eyni gəlirlə daha çox mal və xidmət əldə etmək mümkündür.\metbuat.az\


