Son dəqiqə
Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər Aİ-dən Ukraynaya milyardlıq hərbi dəstək: 1,76 milyard avro köçürüldü Bu tarixdə doğulanlar zəngin olur – Hesablama qaydası İdxal-ixrac və yükdaşımalar “bir pəncərə”dən idarə olunacaq QHT-lərin yaradılması və fəaliyyətinin bərpası qaydaları dəyişir Özəl investisiyalar üçün yeni vergi təşviqləri davam etdirilir Generalın qızının ev dustaqlığına prokurordan etiraz Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək

Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyirik – Paşinyan

Cəmiyyət

Ermənistan Baş naziri Nikol Paşinyan “Tramp yolu” layihəsinin regiondakı infrastruktur əlaqələrini tamamilə açacağını və ölkəsinin yeni nəqliyyat marşrutlarına çıxış əldə edəcəyini bildirib.

Cagdas.az  xəbər verir ki, Paşinyan bu barədə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən “Concordia” illik sammitinin panel müzakirəsində danışıb.

Baş nazir bildirib ki, hazırda Ermənistan “Tramp yolu” layihəsinin həyata keçirilməsinə diqqət yetirir.

“Layihənin həyata keçirilməsi nəticəsində regional infrastrukturu tamamilə açacağıq. Çünki Ermənistan 1990-cı illərin əvvəllərindən faktiki olaraq blokadadadır”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, ilk növbədə Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsi yaradılacaq.

“Bizim ilk növbədə Azərbaycanla dəmir yolu əlaqəmiz olacaq. Ermənistanın Türkiyə ilə sərhədinin açılmasını səbirsizliklə gözləyirik və bu çərçivədə Ermənistanla Türkiyə arasında dəmir yolu əlaqəsinin də açılmasını gözləyirik”, – Paşinyan deyib.

Ermənistan hökumət başçısı hesab edir ki, layihə daha geniş mənada beynəlxalq logistikanı da dəyişə bilər.

“Beynəlxalq ictimaiyyət Şərqlə Qərb arasında yeni marşrut, yeni yol əldə edəcək”, – deyə o bildirib.\modern.az\