Türkiyə nəhəngindən böyük transfer – Razılıq əldə olundu

“Trabzonspor” hücum xəttini gücləndirmək üçün İngiltərə Premyer Liqasına üz tutub.

Cagdas.az xəbər verir ki, “Trabzonspor” “Tottenhem”in braziliyalı hücumçusu Rişarlisonu transfer etmək istəyir. Məlumata görə, klub rəhbərliyi 28 yaşlı futbolçu ilə danışıqlar apararaq prinsipial razılığa gəlib. Bildirilir ki, Rişarlison da karyerasında yeni səhifə açmaq və “Tottenhem”dən ayrılmaq istəyir. Braziliyalı forvardın Türkiyə klubunun təklifinə müsbət yanaşdığı qeyd olunur. Məlumata görə, futbolçu transferin baş tutması üçün İngiltərə klubunun rəhbərliyinə ayrılmaq istədiyini çatdırıb.

Rişarlisonun daha əvvəl “Qalatasaray” və “Fənərbaxça”nın da gündəminə gəldiyi bildirilir. Transferin rəsmiləşməsi üçün klublar arasında danışıqların davam etdiyi qeyd olunur.\metbuat.az\

Bənzər Xəbərlər

XƏBƏR LENTİ