• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9712
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

İnsan beyninin böyü sirri: Qərarları necə veririk?

03 Sentyabr, 26 / 23:16
A A

ABŞ-də aparılan yeni araşdırma beynin qərarvermə mexanizmi ilə bağlı ənənəvi təsəvvürləri şübhə altına alıb.

Tədqiqatçılar beyində qərarların qəbuluna cavabdeh vahid “idarəetmə mərkəzinin” olmadığını, seçim hissinin duyğu, hərəkət və ətraf mühitlə qarşılıqlı əlaqənin nəticəsi kimi yarana biləcəyini müəyyən ediblər.

Cagdas.az xəbər verir ki, İndiana Universitetinin Psixologiya və Beyin Elmləri Departamentindən professor Tom Ceyms insan beyninin “əvvəlcə qəbul et, sonra düşünərək qərar ver və sonda hərəkətə keç” prinsipi ilə işləyən xətti sistemə malik olmadığını irəli sürüb. Araşdırmada bildirilib ki, beyində duyğu və motor proseslərin konkret neyroloji qarşılığı mövcuddur. Lakin bu iki proses arasında müstəqil şəkildə fəaliyyət göstərən və bütün qərarları idarə edən vahid “qərarvermə mərkəzinin” mövcudluğu müəyyən edilməyib. Professor Tom Ceymsin sözlərinə görə, insan davranışları yalnız beynin verdiyi qərarlarla formalaşmır.

Bu prosesdə beyin, bədən və ətraf mühit arasında davamlı qarşılıqlı əlaqə mühüm rol oynayır. İnsanların davranışlarını adətən istək, inanc və niyyətlərə əsaslanan qərarların nəticəsi kimi qəbul etdiyini bildirən Ceyms qeyd edib: “Qərar vermək gündəlik həyatı və davranışları izah etmək üçün faydalı anlayışdır. Lakin beyində bu prosesi idarə edən vahid qərarvermə mərkəzi yoxdur”. Alim fikrini sadə robot sistemləri ilə də izah edib. Onun sözlərinə görə, yalnız ətrafını qəbul edən və hərəkət edə bilən robot belə divar boyunca hərəkət edərkən kənardan müşahidə edən şəxsə şüurlu qərarlar verirmiş kimi görünə bilər.

T.Ceyms vurğulayıb ki, belə robotun daxilində xüsusi qərarvermə mexanizmi yoxdur. O, sadəcə ətraf mühiti qəbul edir və buna uyğun reaksiya verir. “İnsan davranışları da buna bənzər şəkildə, mərkəzi nəzarətçi olmadan duyğu və motor sistemlərin qarşılıqlı təsiri nəticəsində meydana çıxa bilər”, – deyə alim bildirib. Mütəxəssislər hesab edirlər ki, beyində bütün qərarları idarə edən vahid “mərkəzi nəzarətçi” axtarmaq elmi baxımdan kifayət qədər doğru yanaşma deyil. Araşdırma nəticələri göstərib ki, gələcəkdə koqnitiv nevrologiya yalnız beyində baş verən zehni prosesləri deyil, bədənin və ətraf mühitin insan davranışlarına təsirini də daha geniş şəkildə nəzərə almalıdır.\modern.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Telefonla hər şeyi çəkirsiniz? – Alimlər bunun yaddaşa zərər verdiyini açıqladı

Sentyabr 3, 2026
Cəmiyyət

2026-cı ilin payızında hansı rənglər dəbdə olacaq?

Sentyabr 3, 2026
Cəmiyyət

Pul çatışmazlığı insan beynini dəyişir – Elmi araşdırma

Sentyabr 3, 2026
Cəmiyyət

ChatGPT-dən istifadəçiləri təəccübləndirən YENİLİK

Sentyabr 3, 2026
Cəmiyyət

Universitetlərə boş qalan yerlər üzrə qəbulun nəticələri açıqlandı

Sentyabr 3, 2026
Cəmiyyət

Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanıldı – GÖRÜNTÜ

Sentyabr 3, 2026

XƏBƏR LENTİ

Telefonla hər şeyi çəkirsiniz? – Alimlər bunun yaddaşa zərər verdiyini açıqladı

03 Sentyabr, 26 / 23:48

2026-cı ilin payızında hansı rənglər dəbdə olacaq?

03 Sentyabr, 26 / 23:29

İnsan beyninin böyü sirri: Qərarları necə veririk?

03 Sentyabr, 26 / 23:16

Pul çatışmazlığı insan beynini dəyişir – Elmi araşdırma

03 Sentyabr, 26 / 23:00

Türkiyə nəhəngindən böyük transfer – Razılıq əldə olundu

03 Sentyabr, 26 / 22:47

ChatGPT-dən istifadəçiləri təəccübləndirən YENİLİK

03 Sentyabr, 26 / 22:34

“Qarabağ”ın futbolçusuna ağır cəza – 3 oyunluq uzaqlaşdırıldı

03 Sentyabr, 26 / 22:21

Universitetlərə boş qalan yerlər üzrə qəbulun nəticələri açıqlandı

03 Sentyabr, 26 / 22:09

Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanıldı – GÖRÜNTÜ

03 Sentyabr, 26 / 21:52

Bakıya gətirilən bağlamalardan ŞOK tapıntı

03 Sentyabr, 26 / 21:38
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.