Son dəqiqə
Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur

Türkiyədəki səfirimiz kim olacaq? – ÖZƏL

Cəmiyyət

Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun diplomatik missiyasını başa vurduğu barədə yayılan məlumatlar diplomatik korpusda yeni təyinatlarla bağlı müzakirələri intensivləşdirib.

Rəşad Məmmədov son günlər Türkiyənin yüksək vəzifəli dövlət rəsmiləri ilə ardıcıl vida görüşləri keçirir. Diplomat görüşlərə dair fotoları sosial media hesabında paylaşaraq Türkiyədəki diplomatik fəaliyyət müddətinin başa çatdığını bildirib.

Diplomatik praktikaya əsasən, səfirlərin xidmət müddəti başa çatdıqdan sonra onların başqa ölkəyə təyin olunması və ya mərkəzi aparatda fəaliyyətini davam etdirməsi nəzərdə tutulur. Yalnız Azərbaycan Prezidentinin qərarı ilə diplomatik missiya eyni ölkədə uzadıla bilər.

Bu baxımdan Rəşad Məmmədovun növbəti fəaliyyət istiqaməti maraq doğurur.

Cagdas.az -ın əldə etdiyi məlumata görə, 2021-ci ildən Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edən Rəşad Məmmədov diplomatik fəaliyyətini Özbəkistanda davam etdirəcək.

Məlumata əsasən, Türkiyədəki səfir postuna əsas namizədlərdən biri hazırda Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanovdur. Diplomatik dairələrdə onun Ankaraya təyinatı ilə bağlı müəyyən müzakirələrin aparıldığı bildirilir. Hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Rəşad Məmmədov uzun illər Azərbaycan diplomatik xidmətində çalışır. 2021-ci ildən Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Rəşad Aslanovu isə Azərbaycan diplomatik xidmətində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Hazırda Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərir.(modern.az)