• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.6° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Türkiyənin “Gecə Muzeyləri” layihəsi üçüncü mövsümə başlayıb: Turistlər gecələr də muzeylərə daxil ola biləcək - FOTOLAR

15 İyun, 26 / 18:56
A A

Türkiyənin zəngin mədəni irsini ənənəvi ziyarət saatlarından kənarda da əlçatan etmək məqsədilə həyata keçirilən “Gecə Muzeyləri” layihəsinin üçüncü mövsümünə rəsmi start verilib. Tarixi məkanları fərqli atmosferdə kəşf etmək imkanı yaradan proqram ziyarətçilərə ölkənin ən məşhur muzey və arxeoloji abidələrini gecə saatlarında görmək fürsəti təqdim edir.

Tarix, xüsusi ab-hava və kəşf hissini bir araya gətirən layihə çərçivəsində qonaqlar Türkiyənin ən önəmli mədəniyyət ocaqlarını gün batımından sonra da ziyarət edə biləcəklər.

2025-ci ildə 1 milyondan çox ziyarətçi cəlb edən layihə 2026-cı ilin 1 iyun – 1 oktyabr tarixləri arasında daha da geniş miqyasda həyata keçiriləcək. Bu müddət ərzində ölkənin 20 muzeyi və arxeoloji məkanı axşam saatlarında fəaliyyət göstərəcək. Nemrutdan Efesə, Zeugmadan Qalata Qülləsinə qədər uzanan tarixi məkanlar hər gün saat 19:00-dan etibarən müəyyən edilmiş gecə bağlanış saatlarınadək qonaqları qəbul edəcək.

“Gecə Muzeyləri” layihəsi Türkiyənin mədəni turizm potensialını zənginləşdirməklə yanaşı, tarixi irsin qorunması və davamlı idarə olunmasına da töhfə verir. Ziyarətçi axınının gün ərzində daha balanslı şəkildə bölüşdürülməsi gündüz saatlarında yaranan sıxlığın azalmasına, turistlərin daha uzun müddət bölgələrdə qalmasına və ölkənin mədəni sərvətləri ilə daha yaxından tanış olmasına imkan yaradır.

Türkiyənin mədəniyyət paytaxtı İstanbul “Gecə Muzeyləri” layihəsinin ən diqqətçəkən istiqamətlərindən biri kimi tarixi və mədəni məkanları tamam fərqli bir atmosferdə kəşf etmək imkanı təqdim edir. Yay mövsümü ərzində şəhərin ən simvolik muzey və tarixi abidələri ziyarətçilərini gecə saatlarında qəbul edərək unudulmaz mədəniyyət səyahəti vəd edir.

Türkiyənin ilk muzeyi hesab edilən və müxtəlif sivilizasiyalara aid zəngin eksponat kolleksiyasına ev sahibliyi edən İstanbul Arxeologiya Muzeyləri, şəhərin möhtəşəm mənzərəsini seyr etmək imkanı yaradan Qalata Qülləsi, eləcə də tarixi İbrahim Paşa Sarayında yerləşən Türk və İslam Əsərləri Muzeyi yay aylarında qonaqlara gecə saatlarında xüsusi təcrübə yaşadacaq.

Ziyarətçilər İstanbul Arxeologiya Muzeylərində dünyanın məlum olan ən qədim sülh müqaviləsini və ən qədim sevgi şeirlərindən birini yaxından görmək imkanı əldə edəcəklər. Daha sonra Qalata Qülləsindən İstanbulun işıqlarla bəzənmiş panoramik mənzərəsini və Qızıl Buynuz körfəzini seyr etmək, ardınca isə Türk və İslam Əsərləri Muzeyinin zəngin kolleksiyalarını kəşf etmək mümkündür.

Egey səması altında qədim dövrlərə səyahət

Türkiyənin ulduzlarla örtülmüş gecə səması altında xüsusi işıqlandırma ilə fərqli görkəm qazanan qədim şəhərlər arasında ilk diqqət çəkən məkanlardan biri İzmirin Efes antik şəhəridir. Egey bölgəsinin mərkəzində yerləşən və dünyanın ən yaxşı qorunub saxlanılan Roma şəhərlərindən biri hesab edilən Efes gecə işıqları altında sanki yenidən canlanır. Möhtəşəm tarixi abidələr bu saatlarda tamamilə fərqli atmosferə bürünür.

Egey bölgəsində gecə saatlarında tarixə şahidlik etmək imkanı yaradan digər mühüm məkanlar isə Dənizlinin incisi hesab olunan Hierapolis antik şəhəri və Aydındakı Didim Apollon məbədidir. Əfsanəvi Telefosun həyat yoldaşı Hieranın adını daşıyan Hierapolis qaranlıq səma fonunda xüsusi gözəlliyi ilə seçilir. İşıqlandırılmış teatrı, qədim küçələri və pambığı xatırladan travertenləri bu qədim şəhərə valehedici görünüş bəxş edir.

Qədim dünyanın ən böyük məbədlərindən biri sayılan və İon memarlıq üslubunda inşa edilmiş Didim Apollon məbədi də gecə işıqlandırması altında zərif sütunları və təsirli memarlıq xüsusiyyətləri ilə ziyarətçilərin diqqətini cəlb edir.

Türk Rivierasının irsi boyunca ulduzlu gecə səyahəti

Türk Rivierasının ürəyi sayılan Antalya ildə 300 günəşli günü və büllur kimi təmiz dənizi ilə yanaşı, Likya, Pamfiliya və Pisidiya bölgələrinin qədim irsini özündə birləşdirən mühüm mədəniyyət mərkəzidir. Məhz bu xüsusiyyətləri sayəsində şəhər bölgənin ən təsirli antik məkanlarına ev sahibliyi edir.

“Gecə Muzeyləri” layihəsi çərçivəsində Antalyanın Aspendos, Patara və Side qədim şəhərləri də gün batımından sonra ziyarətçilərin üzünə açılır. Roma dövründən qalan möhtəşəm teatrı ilə tanınan Aspendos, dünyanın ilk demokratik məclis binasına və yenidən bərpa olunmuş mayakına sahib Patara, eləcə də dəniz sahilində yerləşən simvolik Apollon məbədi ilə məşhur Side xüsusi işıqlandırma altında qonaqlara fərqli təcrübə təqdim edir.

Ay işığında Anadolunun tarixi inciləri

Türkiyənin “Gecə Muzeyləri” layihəsi çərçivəsində Anadolu coğrafiyasının bir çox tarixi və mədəniyyət məkanı da gecə saatlarında ziyarətçilər üçün qapılarını açır. Xüsusi işıqlandırma altında tamam fərqli görkəm qazanan bu məkanlar qonaqlara tarixlə iç-içə unudulmaz təcrübə yaşadır.

Dünyada nəhəng tanrı heykəlləri ilə tanınan Adıyamanın Nemrut dağı, erkən türk daşişləmə sənətinin və memarlığının nadir nümunələrini qoruyub saxlayan Bitlisdəki Ahlat məzar daşları, eləcə də ilk xristian icmalarına sığınacaq olmuş Kapadokiyadakı qayalara oyulmuş Derinkuyu Yeraltı Şəhəri gecə işıqlandırması ilə xüsusi cazibə qazanaraq mütləq görülməli məkanlar sırasında yer alır.

Bununla yanaşı, Türkiyənin paytaxtı Ankarada yerləşən Anadolu Sivilizasiyaları Muzeyi, Qaziantepdəki Zeugma Mozaika Muzeyi, həmçinin Şanlıurfadakı Arxeologiya Muzeyi və Haleplibahçe Mozaika Muzeyi də gecə saatlarınadək fəaliyyət göstərərək ziyarətçilərə öz nadir kolleksiyalarını daha fərqli atmosferdə kəşf etmək imkanı yaradır.

“Gecə Muzeyləri” layihəsi çərçivəsində 2026-cı ildə gecə saatlarında ziyarət edilə biləcək muzey və tarixi məkanlar

Şəhər Muzey və ya tarixi məkan Bağlanış saatı
Adıyaman Nemrut Arxeoloji Ərazisi 04:00–09:00
Ankara Anadolu Sivilizasiyaları Muzeyi 21:00
Antalya Aspendos Arxeoloji Ərazisi 22:00
Alanya Muzeyi 22:00
Patara Arxeoloji Ərazisi 22:00
Likya Sivilizasiyaları Muzeyi 21:00
Side Arxeoloji Ərazisi 22:00
Aydın Apollon Məbədi 21:00
Bitlis Ahlat Səlcuq Məzar Daşları 21:00
Dənizli Hierapolis Arxeoloji Ərazisi 23:00
Qaziantep Zeugma Mozaika Muzeyi 21:00
İstanbul İstanbul Arxeologiya Muzeyləri 22:00
Qalata Qülləsi 23:00
Türk və İslam Əsərləri Muzeyi 22:00
İzmir Efes Arxeoloji Ərazisi (çərşənbə, cümə axşamı, cümə və şənbə günləri) 23:00
Muğla Bodrum Sualtı Arxeologiya Muzeyi 22:00
Marmaris Muzeyi 22:00
Nevşehir Derinkuyu Yeraltı Şəhəri 21:00
Şanlıurfa Şanlıurfa Muzeyi 21:00
Haleplibahçe Mozaika Muzeyi 21:00

Bənzər Xəbərlər

Dünya

ABŞ-İran razılaşmasının icrasına ABŞ cavabdehdir - ƏRAQÇİ

İyun 15, 2026
Dünya

Dünyanın ilk heyvansız “ferma”sı açıldı – Təbii ətdən seçilməyəcək

İyun 15, 2026
Dünya

SON DƏQİQƏ! Netanyahu Trampın sülhlə bağlı tələbini RƏDD ETDİ

İyun 15, 2026
Dünya

Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq

İyun 15, 2026
Dünya

Ərdoğanın yenidən prezidentliyə namizədliyi ilə bağlı AÇIQLAMA – Tarix də açıqlandı

İyun 15, 2026
Dünya

Türkiyəni dəyişəcək proses başlayır: Üç gün keçiriləcək iclasda nələr qəbul ediləcək?

İyun 15, 2026

XƏBƏR LENTİ

Zaqatalada əkin sahəsində kütləvi TƏLƏFAT: Suya elektrik cərəyanı verdilər

15 İyun, 26 / 20:25

Benzin və dizel satışına məhdudiyyət: Azərbaycan üçün hansı risk var?

15 İyun, 26 / 20:01

ABŞ-İran razılaşmasının icrasına ABŞ cavabdehdir - ƏRAQÇİ

15 İyun, 26 / 19:44

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

15 İyun, 26 / 19:27

Heydər Əliyevin Bakıya dönüşünün pərdəarxası: Təyyarə niyə İran üzərindən uçdu?

 

15 İyun, 26 / 19:11

Türkiyənin “Gecə Muzeyləri” layihəsi üçüncü mövsümə başlayıb: Turistlər gecələr də muzeylərə daxil ola biləcək - FOTOLAR

15 İyun, 26 / 18:56

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

15 İyun, 26 / 18:56

Sabahın hava proqnozu AÇIQLANDI

15 İyun, 26 / 18:40

Dünyanın ilk heyvansız “ferma”sı açıldı – Təbii ətdən seçilməyəcək

15 İyun, 26 / 18:24

Azərbaycanda çimərlik mövsümünə start verilir

15 İyun, 26 / 18:10
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.