Son dəqiqə
Bank kartlarına tətbiq edilən yeni qaydaların mahiyyəti açıqlandı Sertifikatlaşmadan keçməyən müəllimlər köməkçi təyin edilsin! – TƏKLİF İlham Əliyev onu “Dostluq” ordeni ilə təltif etdi Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb Yağıntılı hava nə vaxtadək davam edəcək? Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər – Səbəb Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar? Antibiotikin yeni zərəri üzə çıxdı – XƏBƏRDARLIQ AzTV-nin keçmiş aparıcısı “Qocalar evi”ndə yaşayır
Reklam
Reklam

Benzin və dizel satışına məhdudiyyət: Azərbaycan üçün hansı risk var?

İqtisadiyyat

Rusiyanın paytaxtı Moskvada benzin və dizel yanacağının satışına limit qoyulması yanacaq bazarında mümkün problemlərlə bağlı narahatlıqları artırıb. Müharibə şəraitinin təsirləri fonunda tətbiq edilən bu məhdudiyyətlər region ölkələrində də oxşar risklərin yaranıb-yaranmayacağı ilə bağlı suallar doğurur.

Bəs Rusiyada müşahidə olunan vəziyyət Azərbaycanda da yanacaq təminatına təsir göstərə bilərmi?

Çağdaş.Az xəbər verir ki ,mövzu ilə bağlı Konkret.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, hazırda Azərbaycanda belə bir risk müşahidə olunmur.

Deputatın sözlərinə görə, Rusiyada yaranmış vəziyyət ölkənin müharibə şəraiti ilə əlaqədardır:
“Hazırda Rusiyada müharibə gedir və yanacaq anbarları da zaman-zaman Ukrayna tərəfindən hədəfə alınır. Satışa qoyulan məhdudiyyətlər də məhz bu zərurətdən irəli gələn addımdır. Azərbaycanda isə belə bir vəziyyət yoxdur.

Təbii ki, biz hər bir vəziyyətə hazır olmalıyıq. Ancaq hazırda daxili tələbatı ödəmək üçün imkanlarımız var. Buna görə də yaxın perspektivdə belə bir problemlə qarşılaşacağımız gözlənilmir”.
Deputatın fikrincə, mövcud şəraitdə Azərbaycanda benzin və dizel yanacağının satışına hər hansı limit tətbiq edilməsinə ehtiyac yoxdur.