• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.8° Weather Columbus
$
1.7
€
1.9877
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Türkiyənin trekking marşrutları: Dağ zirvələrindən sonsuz  düzənliklərə möhtəşəm yürüş - FOTOLAR

 

21 Avqust, 26 / 11:26
A A

Möhtəşəm təbiəti və rəngarəng relyefi ilə seçilən Türkiyə sərt dağ zirvələrindən sahilboyu yürüş marşrutlarınadək uzanan geniş imkanları sayəsində uzun illərdir trekking və açıq hava idman növlərinin həvəskarlarını özünə cəlb edir. Ölkənin zəngin coğrafiyası eyni zamanda dünyanın müxtəlif yerlərindən idmançıların qatıldığı nüfuzlu ultra-trail yarışları üçün ideal şərait yaradır. Qara dəniz sahillərindən Türk Rivierasına, Mərmərə bölgəsindən Kapadokiyaya qədər Türkiyənin müxtəlif guşələrində ilboyu beynəlxalq səviyyəli ultra-trail yarışları keçirilir. Bu tendensiya 2026-cı ilin yüksələn səyahət istiqamətləri ilə də üst-üstə düşür. Belə ki, turistlər getdikcə daha çox səyahətlərini açıq hava fəaliyyətləri və idman tədbirləri ətrafında planlaşdırır, trekking və fiziki aktivliyə əsaslanan marşrutlara maraq sürətlə artır.

Bu yarışların hər biri Türkiyənin fərqli təbii gözəlliklərini kəşf etmək imkanı yaratsa da, Runfire Salt Lake Ultra Trail ölkənin ən qeyri-adi tədbirlərindən biri kimi xüsusi diqqət çəkir. Yarış 21–23 avqust 2026-cı il tarixlərində Aksarayın Eskil rayonunda yerləşən Duz Gölünün heyranedici ağ səthində keçiriləcək. Tədbir ekstremal fiziki sınaqları bənzərsiz təbii mühitlə bir araya gətirir. Türkiyə Turizmin Təşviqi və İnkişafı Agentliyinin (TGA) dəstəyi ilə təşkil olunan 2026-cı il yarışında 13 ölkədən 750 idmançının iştirakı gözlənilir. Bu isə yarışın beynəlxalq nüfuzunu daha da gücləndirməklə yanaşı, üfüqdə ilğımları xatırladan mənzərələri və başqa planet təsiri bağışlayan sonsuz duz düzənlikləri ilə seçilən Duz Gölünə yüzlərlə ziyarətçinin axın etməsinə də şərait yaradacaq.

Möhtəşəm Duz Gölünün fonunda keçirilən Runfire Salt Lake Ultra Trail müxtəlif hazırlıq səviyyəsinə malik idmançılar üçün nəzərdə tutulan 7 fərqli kateqoriya ilə iştirakçılara unudulmaz təcrübə vəd edir. Yarış proqramına 10 km, 10 km komanda yarışı, 15 km gündüz və gecə yürüşü, 20 km, 40 km, 80 km və 100 mil (160 km) məsafələri daxildir. Bu zəngin seçim sayəsində Runfire həm qısa məsafəyə qaçanları, həm də ultra-marafon həvəskarlarını bir araya gətirir.

Runfire Salt Lake Ultra Trail ilk dəfə 2012-ci ildə keçirilən Runfire Cappadocia yarışının ən çətin mərhələsi kimi formalaşıb. Həmin yarış Likya Yolu Ultra Marafonundan sonra Türkiyənin ikinci çoxmərhələli ultra-marafonu olub. 2016-cı ildən etibarən isə bu əfsanəvi mərhələ ayrıca yarış formatına keçərək Duz Gölünün sonsuz ağ düzənlikləri üzərində təşkil olunan təkmərhələli ultra-marafona çevrilib. Runfire təkcə fiziki dözümlülüyün sınağı deyil, həm də iştirakçılar üçün rəngarəng düşərgə həyatı, canlı səhnə çıxışları, musiqi proqramları və müxtəlif əyləncə tədbirləri ilə zəngin, tam fərqli bir festival atmosferi təqdim edir.

Ekoloji və sosial davamlılıq prinsipləri ön plandadır

Mərkəzi Anadoluda Ankara, Aksaray və Konya vilayətlərinin kəsişməsində yerləşən Duz Gölü Türkiyənin ikinci ən böyük gölüdür. Böyük əraziyə malik olmasına baxmayaraq, göl olduqca dayazdır. Onun orta dərinliyi 50 santimetrdən az, ən dərin nöqtəsi isə təxminən 1 metrdir. Yay aylarında suyun buxarlanması nəticəsində göl geri çəkilir və qalınlığı təxminən 30 santimetrə çatan parlaq duz təbəqəsi üzə çıxır.

Duz Gölü təkcə möhtəşəm mənzərəsi ilə deyil, həm də köçəri quşlar üçün mühüm yaşayış məkanı olması ilə seçilir. Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi statusuna malik olan göl zəngin biomüxtəlifliyi və köçəri, eləcə də yuvalayan su quşları üçün mühüm yaşayış mühiti kimi tanınır. Eyni zamanda, Duz Gölü Türkiyədə flaminqoların ən böyük çoxalma məkanlarından biridir və hər il minlərlə flaminqonun yuva saldığı ərazilərdən sayılır. Məhz bu yüksək təbii və ekoloji dəyərinə görə UNESCO Duz Gölü Xüsusi Mühafizə Olunan Təbiət Ərazisini Dünya İrsinin İlkin Siyahısına daxil edib.

Belə həssas ekosistemdə keçirilən Runfire Salt Lake Ultra Trail yarışında ətraf mühitin qorunması əsas prioritetlərdən biridir. Təşkilatçılar davamlılıq prinsiplərini rəhbər tutaraq, bu unikal təbiət abidəsinin qorunması və gələcək nəsillərə ötürülməsi üçün bütün mərhələlərdə ekoloji məsuliyyətə xüsusi önəm verirlər.

Tədbir haqqında:

Tarix: 21–23 avqust 2026

Məkan: Duz Gölü (Eskil), Aksaray, Türkiyə

100 mil (160 km) yarışının startı: 21 avqust 2026

Festival və digər yarışlar: 22 avqust 2026

Mükafatlandırma mərasimləri: 22–23 avqust 2026

Qeydiyyat üçün son tarix: 17 avqust 2026

Bənzər Xəbərlər

Dünya

BMW 5, 7 və 8 seriyalarını geri çağırır – Təhlükəsizlik riski aşkarlanıb

Avqust 21, 2026
Iran's national flag waves as Milad telecommunications tower and buildings are seen in Tehran, Iran, Tuesday, March 31, 2020. In recent days, Iran which is battling the worst new coronavirus outbreak in the region, has ordered the closure of nonessential businesses and banned intercity travels aimed at preventing the virus' spread.   (AP Photo/Vahid Salemi)
Dünya

Trampın "ən böyük sanksiya əməliyyatı" açıqlamasına İrandan cavab gəldi

Avqust 21, 2026
Dünya

İlon Mask ABŞ iqtisadiyyatı üçün ən böyük riski açıqladı

Avqust 21, 2026
Dünya

Xameneinin Məşhəddəki məzarından yeni FOTOLAR

Avqust 20, 2026
Dünya

İsrail zərbə endirdi: 200 türk əsgəri şəhid olacaqdı…

Avqust 20, 2026
Dünya

Yuşenko: “Azərbaycanın siyasəti artıq regionun gündəmini aşıb” – VİDEO

Avqust 20, 2026

XƏBƏR LENTİ

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 100

Magistr olmaq istəyənlərə yeni fürsət – DİM açıqladı

21 Avqust, 26 / 12:07

Paşinyan Rusiyadakı səfiri geri çağırır

21 Avqust, 26 / 11:54

BMW 5, 7 və 8 seriyalarını geri çağırır – Təhlükəsizlik riski aşkarlanıb

21 Avqust, 26 / 11:45

Ən rəqabətli ixtisas qrupu – Minlərlə abituriyent kəsiləcək

21 Avqust, 26 / 11:40

Futbol əfsanəsi 46 yaşında futbola qayıtdı

21 Avqust, 26 / 11:26

Türkiyənin trekking marşrutları: Dağ zirvələrindən sonsuz  düzənliklərə möhtəşəm yürüş - FOTOLAR

 

21 Avqust, 26 / 11:26

Apteklər şəbəkəsi 20 qəpiyə görə 4 min manat cərimələndi

21 Avqust, 26 / 11:12

Bitcoin almaq istəyənlər üçün addım-addım yol xəritəsi

21 Avqust, 26 / 11:03
Iran's national flag waves as Milad telecommunications tower and buildings are seen in Tehran, Iran, Tuesday, March 31, 2020. In recent days, Iran which is battling the worst new coronavirus outbreak in the region, has ordered the closure of nonessential businesses and banned intercity travels aimed at preventing the virus' spread.   (AP Photo/Vahid Salemi)

Trampın "ən böyük sanksiya əməliyyatı" açıqlamasına İrandan cavab gəldi

21 Avqust, 26 / 10:58

İlon Mask ABŞ iqtisadiyyatı üçün ən böyük riski açıqladı

21 Avqust, 26 / 10:44
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.