Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Paşinyan Rusiyadakı səfiri geri çağırır

Cəmiyyət

Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Qurgen Arsenyanın vəzifəsindən geri çağırıla biləcəyi iddia olunur.

Cagdas.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Arsenyanı geri çağırmaq qərarına gəlib.

İddialara əsasən, Paşinyan hazırda Ermənistan-Rusiya münasibətlərindəki dinamikanın inkişafından narazıdır və yaranmış vəziyyətə görə məsuliyyət daşıyan şəxslərdən biri kimi ölkənin Moskvadakı səfirini görür.

Qəzet səfirin nə vaxt geri çağırılacağı və onun yerinə kimin təyin olunacağı barədə əlavə məlumat verməyib.

Qeyd edək ki, Qurgen Arsenyan 2024-cü ilin avqustunda Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.(modern.az)