PSJ-nin ulduz futbolçusu Joao Neves gündəlik həyatı ilə bağlı görüntüləri ilə diqqət çəkib.
Cagdas.az xəbər verir ki, illik 10 milyon 800 min avro (təxminən 22 milyon manat) qazanan 21 yaşlı futbolçu məşqə gedərkən görüntülənib. Nevesin məşqə 22 min avro dəyərində ticari avtomobillə getməsi sosial şəbəkələrdə maraq doğurub.
Futbolçunun yüksək gəlirinə baxmayaraq nisbətən münasib qiymətə olan avtomobildən istifadə etməsi izləyicilərin diqqətindən yayınmayıb.
Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra Joao Nevesin avtomobil seçimi ilə bağlı müxtəlif fikirlər bildirilib.\milli.az\
















