“Samsunspor”un ulduzu Musabanın idarə etdiyi avtomobil hərəkətdə olarkın yanıb.
“Cagdas.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Süper Liqa təmsilçilərindən “Samsunspor” futbol kubunun futbolçusu Entoni Musabanın idarə etdiyi avtomobil Ankara Bulvarında hərəkətdə olarkən alışıb və qısa müddətdə tamamilə yanaraq yararsız hala düşüb.
Hadisə Musabanın icarəyə götürdüyü avtomobilin mühərrik hissəsində qəfil yanğın başlaması nəticəsində baş verib.
Məlumat verildikdən dərhal sonra hadisə yerinə Böyükşəhər Bələdiyyəsi Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub və alov qısa zamanda söndürülüb.
Hadisə zamanı Musaba və ailəsinin avtomobildə olduğu və taksi ilə hadisə yerini tərk etdiyi öyrənilib.
Yanğın nəticəsində avtomobil tamamilə yararsız vəziyyətə düşüb.



















