Son dəqiqə
Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri

UNEC dünyanın ən yaxşı neçənci universitetidir? – AÇIQLANDI

Cəmiyyət

Dünyanın nüfuzlu ali təhsil reytinq təşkilatlarından olan Times Higher Education (THE) Impact Rankings 2026 nəticələri açıqlanıb.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) builki reytinqdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq mühüm uğura imza atıb.
Cagdas.az  xəbər verir ki, UNEC 1603 ali təhsil müəssisəsi arasında dünyanın ən yaxşı 301-400-cü universiteti olub. Ötən il reytinqdə 801-1000-ci sırada yer aldığı halda, UNEC bu il dünyanın ən yaxşı TOP 400 universiteti adını qazanıb.

Bütövlükdə, 17 Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) 16-sı üzrə UNEC-in nəticələri dünya üzrə median göstəricilərdən yüksəkdir.

UNEC “Bərabərsizliyin azaldılması” istiqaməti üzrə dünyada 19-cu yerdədir və TOP 20 universitet sırasına daxil olub.

Bundan başqa, UNEC “Sərfəli və təmiz enerji” istiqaməti üzrə 46-cı, “Keyfiyyətli təhsil” üzrə isə 64-cü yeri tutaraq dünyanın TOP 100 ən yaxşı universiteti arasında yer alıb.

Eləcə də UNEC “Yoxsulluğa son”, “Aclığa son”, “Təmiz su və sanitariya”, “Məsuliyyətli istehlak və istehsal” və “Torpaq ekosisteminin mühafizəsi” istiqamətləri üzrə 101-200-cü yerə yüksəlib.(modern.az)