Son dəqiqə
Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Universitetlərdə diplomlar bu ildən elektron veriləcək

Cəmiyyət

Universitetlərdə diplomlar bu ildən onlayn veriləcək.
Cagdas.az-ın əldə etdiyi məlumata görə, bu barədə Elm və Təhsil Nazirliyindən Azərbaycan universitetlərinə təlimatlar verilib.

“Diplomların bu təhsil ilindən etibarən elektron, onlayn formada tələbələrə təqdim olunması artıq müzakirə olunub və zəruri hazırlıqlar başlayıb” – deyə ali təhsil mərkəzlərindən sorğumuza cavab olaraq bildirilib.

O da bildirilib ki, diplomlar bakalavrlarla yanaşı magistratura tələbələrinə də elektron təqdim olunacaq.

Nəticədə tələlər diplomunu “my gov” platformasından asanlıqla əldə edə bilərlər.

Qeyd edək ki, Azərbaycanda ali təhsil müəssisələrində diplomlar elektron qaydada deyil, əsasən fiziki formada hazırlanaraq məzunlara təqdim edilir. Diplom blanklarının hazırlanması, məlumatların yoxlanılması, qeydiyyat və imzalanma prosedurları səbəbindən bu proses bir neçə ay davam edə bilir.(Modern.az)