Son dəqiqə
Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO

Uşaqlar arasında yayılan virus nədir? – Nazirlikdən AÇIQLAMA

Cəmiyyət
Son dövrlər uşaqlar arasında göyöskürək hallarının artması ilə bağlı məlumatlar narahatlıq doğurur. Yoluxucu xəstəlik olan göyöskürək xüsusilə azyaşlı uşaqlar üçün təhlükəli ola bilər.

Azərbaycanda epidemioloji vəziyyətin necə olduğunu, son aylarda yoluxma sayında artımın müşahidə edilib-edilmədiyini öyrənmək üçün Səhiyyə Nazirliyinə sorğu ünvanladıq.

Cagdas.az bildiriri ki Qurumun Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Ölkə.az-a cavab olaraq bildirilib ki, payız mövsümünün başlanması ilə əlaqədar hava-damcı yolu ilə yayılan infeksiyalara yoluxma hallarının qeydə alınması mümkündür:

“Hazırda Azərbaycanda uşaqlar arasında göyöskürək hallarının artımı müşahidə olunmur. Epidemioloji vəziyyət mütəmadi nəzarətdə saxlanılır və müvafiq profilaktik tədbirlər həyata keçirilir.

Göyöskürəkdən qorunmanın əsas vasitəsi peyvəndləmədir. Valideynlərə uşaqlarının Milli Peyvənd Təqviminə uyğun olaraq göyöskürəyə qarşı peyvənd olunmasını, peyvənd dozalarının vaxtında və tam şəkildə qəbul edilməsini təmin etmək tövsiyə olunur”.