Son dəqiqə
Azərbaycan pasportu dünyada neçənci yerdədir? “WhatsApp”a iki yeni funksiya gəlir Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür 34 ildir kreslosunu qoruyur – Yaxın Şərqin dəyişməyən SPİKERİ Ərdoğanın sabiq baş müşaviri saxlanıldı QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi COP31-ə geri sayım başladı: Antalya qlobal iqlim sammitinə hazırlaşır ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır – Pentaqon qüvvələri bölgəyə yaxınlaşdırılır “Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı həmişə davam edəcək” – “Novatek” rəhbəri Bazarda artıq mayeləşdirilmiş təbii qaz istehsalı yoxdur — Novatek

Uşaqların sevimli oyuncağı gizli təhlükə saçırmış

Maraqlı

“Labubu” oyuncağında uşaqlar üçün təhlükəli maddə tapılıb.

Cagdas.az xəbər verir ki, Rusiyada fəaliyyət göstərən “Rusiya Keyfiyyət Sistemi” adlı qurum 13 kukla nümunəsini analiz ediblər.

Nəticədə mütəxəssislər oyuncaqlardan birində zəhərli maddə – dioktilftalat aşkar ediblər. Qeyd olunur ki, dioktilftalat dərini və selikli qişaları qıcıqlandırır.

Bundan əlavə, həmin maddə həmçinin hormonal fonu pozur və piylənməyə səbəb ola bilər. Uşağın orqanizminə dioktilftalatın tüpürcək yolu ilə keçə biləcəyi vurğulanıb.(ölkə.az)