• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
7.7° Weather Columbus
$
1.7
€
1.9986
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

ÜST HƏYƏCAN TƏBİLİ ÇALIR: HANTAVİRUS YAYILIR - Karantin mərkəzləri yenidən işə salındı

12 May, 26 / 11:11
A A

“MV Hondius” kruiz gəmisində yaranan hantavirus epidemiyası səbəbilə təxliyə edilən sərnişinlərdən bəzilərində xəstəlik əlamətləri müşahidə olunub. Fransaya aparılan bir sərnişinin təyyarə uçuşu zamanı simptom göstərməsi nəticəsində 5 nəfər ciddi izolasiya altına alınıb, ABŞ-a qayıdan 17 ABŞ vətəndaşı isə Nebraska ştatının Omaxa şəhərində federal karantin mərkəzində nəzarətdə saxlanılır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliyin hantavirusun nadir və insandan insana keçə bilən forması olan Andes virusu olduğunu təsdiqləyib.

Atlantik okeanında səfərdə olarkən “MV Hondius” gəmisində hantavirus aşkar edildikdən sonra təxliyə edilən sərnişinlərin ölkələrinə qayıdışı bir sıra dövlətlərin səhiyyə qurumlarını hərəkətə keçirib. Hadisədən sonra ABŞ, Fransa, İspaniya və Niderlandda karantin və tibbi müşahidə tədbirləri tətbiq olunub.

Rəsmilər yaxın təmas yolu ilə yoluxa bilən virus səbəbilə təxliyə olunan sərnişinlərin ciddi şəkildə izlənildiyini bildiriblər. ÜST məlumatına görə, gəmidə 3 nəfər həyatını itirib, 5 nəfərdə isə infeksiya təsdiqlənib.

ABŞ-da karantin mərkəzi işə salındı

İspaniya səhiyyə rəsmiləri “MV Hondius”da olan 17 ABŞ vətəndaşının bazar günü gecə ABŞ-a yola düşdüyünü və bazar ertəsi səhər Nebraskaya çatmasının gözlənildiyini açıqlayıb.

Sərnişinlərin ABŞ hökumətinin maliyyələşdirdiyi yeganə milli karantin mərkəzi olan Omaxadakı Nebraska Universiteti Tibb Mərkəzinin Milli Karantin Bölməsinə yerləşdiriləcəyi bildirilib.”New York Times” (NYT) xəbərinə görə, ABŞ hökumətinə məxsus tibbi təyyarə ilə daşınan sərnişinlər Offutt Hərbi Hava Bazasına endirilib. Bildirilib ki, onlar könüllü həkim və tibb bacılarından ibarət qrup tərəfindən 24 saat müşahidə altında saxlanılacaq.

Təyyarədə olan iki sərnişinin xüsusi bioloji təhlükəsizlik kapsullarında daşındığı qeyd edilib. ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyi onlardan birində yüngül simptomlar müşahidə olunduğunu, digərində isə Andes virusu testinin müsbət çıxdığını açıqlayıb.

CDC komandaları sərnişinlərlə görüşüb

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) epidemioloq və mütəxəssislərdən ibarət qruplarının gəmi Kanar adaları yaxınlığında dayandığı zaman ABŞ vətəndaşları ilə görüşdüyü bildirilib. Mütəxəssislər yoluxma riskinin qiymətləndirilməsini həyata keçiriblər.

BBC-nin məlumatına görə, Omaxadakı karantin bölməsi müstəqil hava axını sistemi olan 20 tək nəfərlik otaqdan ibarətdir. Mərkəzin ağır yoluxucu xəstəliklərə məruz qalan şəxslərin təhlükəsiz müşahidəsi üçün nəzərdə tutulduğu qeyd olunub.

Nebraska səhiyyə rəsmiləri virus testi müsbət çıxan, lakin simptom göstərməyən sərnişinin xüsusi biotəhlükəsizlik bölməsinə yerləşdiriləcəyini bildirib.

Məlumatlara görə, biotəhlükəsizlik mərkəzindən əvvəl Ebola virusu daşıyan ABŞ vətəndaşları və 2020-ci ildə COVID-19-un ilk halları zamanı istifadə olunub.

ABŞ-da təmas izlənməsi başlanıb

Corciya, Kaliforniya və Arizona daxil olmaqla bir neçə ştatda səhiyyə qurumları gəmidən əvvəl ayrılaraq ölkəyə qayıdan sərnişinləri izləməyə başlayıb. Rəsmilər onların sağlamlıq vəziyyətinin nəzarətdə saxlandığını bildiriblər.

CDC-nin müvəqqəti direktoru Cey Bhattacharya CNN-in “State of the Union” proqramında 24 aprel tarixində gəmidən düşən 7 ABŞ vətəndaşının kommersiya reysləri ilə ölkəyə qayıtdığını deyib. Onların səyahət zamanı simptom göstərmədiyi üçün əlavə xəbərdarlıq edilmədiyi qeyd olunub.CDC cümə günü yaydığı açıqlamada mümkün yeni halların izlənildiyini və hazırda ABŞ üçün riskin çox aşağı səviyyədə olduğunu bildirib.

Yunanıstan vətəndaşına 45 günlük karantin

Yunanıstan dövlət televiziyası ERT-nin məlumatına görə, gəmidə olan Yunanıstan vətəndaşı C-27 tipli hərbi nəqliyyat təyyarəsi ilə Elefsina hərbi hava limanına gətirilib. Daha sonra Afina şəhərindəki Attikon xəstəxanasında karantinə alınıb. Simptom göstərmədiyi bildirilən şəxsin ehtiyat məqsədilə 45 gün müşahidədə saxlanacağı açıqlanıb.

Fransada simptom göstərən sərnişin izolasiya edilib

Fransaya təxliyə edilən sərnişinlərdən birində uçuş zamanı simptomlar müşahidə olunduğu üçün təcili izolasiya qərarı verilib. Fransa müdafiə naziri Sebastyen Lekornu Tenerife–Paris reysində bir sərnişində əlamətlərin ortaya çıxdığını bildirib.

“Le Monde” qəzetinin məlumatına görə, həmin səbəbdən 5 nəfər dərhal ciddi izolasiya altına alınıb. Sərnişinlər Le Burje hava limanında qoruyucu geyimli tibb işçiləri tərəfindən qarşılanıb və Parisdəki Bichat xəstəxanasına aparılıb.

Fransa Xarici İşlər Nazirliyi təxliyə edilən şəxslərin ilkin olaraq 72 saatlıq karantində saxlanılacağını, daha sonra isə vəziyyətdən asılı olaraq 45 günlük ev izolasiya rejiminin tətbiq ediləcəyini açıqlayıb.

İspaniya və Niderlandda müşahidə davam edir

Tenerifedən Madriddəki hərbi xəstəxanaya aparılan 14 İspaniya vətəndaşı məcburi karantinə yerləşdirilib. Niderlanda qayıdan 26 nəfərlik qrup da tibbi müşahidə altına alınıb.

Səhiyyə qurumları Andes virusunun yaxın təmasla yayıla bilməsi səbəbilə bütün sərnişinlərin hərəkətlərinin və kontaktlarının detallı şəkildə araşdırıldığını bildiriblər. Karantin müddətinin tibbi vəziyyətə uyğun olaraq müəyyən ediləcəyi qeyd olunub. (Qaynarinfo)

Bənzər Xəbərlər

Dünya

Ölümcül virus yayılır: ölənlərin sayı sürətlə artır - Rəsmilər təcili XƏBƏRDARLIQ ETDİ

May 12, 2026
Dünya

Daha bir ölkədə hantavirus aşkarlandı

May 12, 2026
Dünya

TƏCİLİ: İran “Hörmüz”lə bağlı QƏRAR VERDİ: ABŞ ŞOKDA

May 11, 2026
Dünya

Xaricdə yaşayan Ermənistan vətəndaşları üçün seçki məntəqələri açılmayacaq – MSK

May 11, 2026
Dünya

Rusiya növbəti zərbə: 7 ölkə qapıları bağladı

May 11, 2026
Dünya

SON DƏQİQƏ! İran xəbərdarlıq yaydı

May 11, 2026

XƏBƏR LENTİ

Daha bir tətbiq fəaliyyətini dayandırır

12 May, 26 / 13:07

Dünya interneti İranın nəzarətinə keçir

12 May, 26 / 12:54

Qızıl almaq istəyənlərə VACİB XƏBƏR – Qiymətlər dəyişdi

12 May, 26 / 12:41

Azərbaycan nefti BAHALAŞDI

12 May, 26 / 12:27

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

12 May, 26 / 12:19

Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

12 May, 26 / 12:14

BAKI NƏQLİYYATINDA BÖYÜK DƏYİŞİKLİK... - Sıxlıq azalacaq, yoxsa artacaq?

12 May, 26 / 12:00

Ölümcül virus yayılır: ölənlərin sayı sürətlə artır - Rəsmilər təcili XƏBƏRDARLIQ ETDİ

12 May, 26 / 11:41

"Simpsonlar" yenə hər şeyi bildi - 14 il əvvəl yayımlanan bölüm

12 May, 26 / 11:26

ÜST HƏYƏCAN TƏBİLİ ÇALIR: HANTAVİRUS YAYILIR - Karantin mərkəzləri yenidən işə salındı

12 May, 26 / 11:11
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.