Son dəqiqə
Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur

Uzunmüddətli əmanətlərdə artım davam edir – Rəqəmlər

Cəmiyyət

Azərbaycan banklarında olan uzunmüddətli əmanətlərin həcmində və xüsusi çəkisində artım davam edir.

Cagdas.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, mayın sonunda uzunmüddətli əmanətlərin həcmi 5,721 milyard manata çatıb.

Bu məbləğ 2023-cü illə müqayisədə 3,13 milyard manat və ya 2,21 dəfə çoxdur.

Uzunmüddətli əmanətlərin həcmi ilə yanaşı onun ümumi əmanətlərdə payı da artır.

Əmanətlərdə olan pay 2023-cü ildə 20 faiz olduğu halda bu ilin mayın sonunda nisbət 32 faizi ötüb.

Uzunmüddətli əmanətlərin payının artması 2 səbəblə bağlıdır.

Birinci səbəb manatla 18 ay və daha artıq müddətə qoyulan əmanətlər üzrə faiz dərəcələrinin xeyli artırılmasıdır.

İkinci səbəb isə manatla 18 ay və artıq müddətə qoyulan əmanətlər üzrə faiz gəlirlərindən vergi tutulmamasıdır.

Bu amillər uzunmüddətə əmanət yerləşdirilməsini daha sərfəli edib.

Uzunmüddətli əmanətlərin həcmində artım dinamikası 2026-cı ilin yanvar-may aylarında da müşahidə olunub. İlk 5 ayda uzun müddətə qoyulan əmanətlərin həcmi 468 milyon manat və ya 8,9 faiz artıb.

Qeyd edək ki, ilk 5 ayda cəmi əmanətlər 6,13 faiz artıb.(sfera.az)