Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Vəfat edən şəxsin pensiyasını almaq üçün bilməli olduğumuz ŞƏRTLƏR

Cəmiyyət

Rəsmi statistikaya görə, Azərbaycanda 2024-cü ildə vəfat edən şəxslərin 40 faizinin yaşı 65-dən az olub.

Cagdas.az xəbər verir ki, qeyd olunan dövrdə dünyasını dəyişən kişilərin 47 faizi pensiya yaşına çatmayıb. Bu vəziyyət bir məsələni aktuallaşdırır.

Bəs ölən şəxslərin pensiya kapitalından kimlər yararlana bilir?

Hüquq müdafiəçisi Sahib Məmmədov bildirir ki, ər-arvaddan biri vəfat etdikdə digər tərəf onun əmək pensiyasını almaq hüququna malikdir: “Məsələn, kişinin əmək pensiyası qadınınkından yüksəkdirsə, qadın müraciət edərək ərinin təqaüdünü ala bilər”.

Digər ekspert hüquqşünas Vüsal Cəfərov isə qeyd edir ki, hazırda qanunvericilikdə vəfat etmiş şəxsin pensiya kapitalının birdəfəlik şəkildə onun vərəsələrinə verilməsi ilə bağlı hər hansı bir tənzimləmə mövcud deyil:

“Lakin ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə təyin olunan pensiyanın hesablanmasında nəzərə alınır”.

Ekspertlər bildirirlər ki, digər hallarda vəfat edən şəxsin pensiya kapitalı həmrəylik prinsipi əsasında xərclənir. Yəni fərdi uçot əsasında toplanmasına baxmayaraq, yığılan vəsait digər şəxslərin pensiyalarının ödənilməsinə yönəldilir.(Ölkə.Az )

Daha ətraflı Baku TV-nin materialında: