Son dəqiqə
Məktəbli geyimi qalmaqalı: İctimai qaydanı pozan 37 nəfər həbs edildi – DİN Azərbaycan xaricdən ən çox hansı malları alır? – İlk 10-luq Laos Prezidenti Azərbaycana rəsmi səfər edib “Məktəbdə diqqət geyimə yox, dərsə yönəlməlidir” – Xalq artisti Azərbaycanın xaricə satdığı 10 əsas məhsul – SİYAHI Mehriban Əliyeva Kambocanın birinci xanımı ilə görüşdü – VİDEO Azərbaycan-Kamboca sənədləri mübadilə olundu – YENİLƏNİB Prezident Quba-Xəzəryanı üzrə neft sazişini təsdiqlədi Azərbaycanla müdafiə və təhlükəsizlik sahələrində münasibətlər mövcuddur İordaniya ilə qarşılıqlı vizasız səfər edəcəyik
Reklam
Reklam

Valideynlərimiz bu münasibətlərin əsasını qoyub – Prezident

Manşet

“Bizim valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyublar, hərçənd mən dediyim kimi, çeçenlər və azərbaycanlılar əsrlər boyu daim dostluq, anlaşma şəraitində yaşayıblar, bir-birini dəstəkləyiblər”.

Çağdaş.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu gün Bakıda Ramzan Kadırovu qəbul edərkən deyib.

“Amma bizim böyük liderlərimiz inkişafın müasir mərhələsində xalqlarımızın daha da yaxınlaşmasında əsas rol oynayıblar. Əhməd Hacı Kadırovun Çeçenistanda, Heydər Əliyevin Azərbaycanda xatirələrinin anılması, həmçinin xalqlarımızın öz ənənələrinə, həyat tərzinə sadiqliyini və müasir inkişafın əsasını qoyanlara ehtiramını nümayiş etdirir”, – dövlət başçısı bildirib.