Son dəqiqə
Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər Bakıda yeni ictimai nəqliyyat: Hansı yeniliklər olacaq? Deputatların unutmadıqları müəllimləri – Yaddan çıxmayan XATİRƏLƏR Azərbaycan və Böyük Britaniya Bakıda əməkdaşlıq sənədləri imzalayacaq Ramil Usubovun kürəkəni vəfat etdi Azərbaycanda ən az pul yatırılan bölgələr – SİYAHI Etibarnamə ilə maşın sürənlərin NƏZƏRİNƏ: Artıq köhnəlmiş mexanizm… Sürücülərin nəzərinə – Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK Bu sənəd artıq kağızla verilməyəcək – YENİLİK Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
Reklam
Reklam

Vens İrana xəbərdarlıq etdi

Dünya

ABŞ İranla anlaşma memorandumu ilə bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır, lakin zorakılığa zorakılıqla cavab vermək niyyətindədir.

Çağdaş.Az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens X-də yazıb: “İran atəşkəs imzalayıb. Biz ona əməl edirik, amma əgər onların Memorandumun necə həyata keçirilməsi ilə bağlı fikir ayrılıqları varsa, zəng edə bilərlər. Lakin ABŞ zorakılığa zorakılıqla cavab verəcək”.

Vitse-prezident ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq İran ərazisinə zərbələr endirdiyinə dair açıqlamasını şərh edib. CENTCOM-un məlumatına görə, ABŞ təyyarələri İranın raket və pilotsuz təyyarə anbarlarına, eləcə də sahil radar qurğularına zərbələr endirib. Bu, İranın 25 iyunda Sinqapur bayrağı altında üzən M/V Ever Lovely yük gəmisinə kamikaze dronlarla hücum etməsindən sonra baş verib./Musavat.com/