Dmitri Peskov görüşün Moskva vaxtı ilə saat 17:00-dan sonra başlayacağını bildirib
“Cagdas.az”-ın xəbərinə görə, Rusiya prezidenti Vladimir Putinlə bu gün keçiriləcək görüşdə ABŞ tərəfini ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff və ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner təmsil edəcək, Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya-ABŞ görüşü Moskva vaxtı ilə saat 17:00-da başlayacaq. Putin buraya gələcək və Amerikanın Ukrayna məsələləri üzrə baş müzakirəçisi cənab Vitkoffu və onu müşayiət edəcək Kuşneri qəbul edəcək.” – Peskov brifinqdə deyib.
Görüşdə ABŞ-ı başqa birinin təmsil edib-etməyəcəyi sualına Kreml sözçüsü qeyd edib ki, “Xeyr, başqaları olmayacaq. Yalnız tərcüməçi.”
Bugünkü görüşdə Ukrayna böhranının nizamlanması səyləri müzakirə olunacaq, ABŞ-ın bu məsələ ilə bağlı təklifləri əsas mövzu olacaq.



