Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş – Sizi blok edənlər, az danışdığınız və…

Maraqlı

Sosial mediada “WhatsApp” istifadəçiləri arasında maraqlı bir iddia sürətlə yayılıb. Paylaşımlarda tətbiqdə görünən profil rənglərinin istifadəçilər arasındakı münasibətləri əks etdirdiyi irəli sürülür.

İddialara görə, “WhatsApp”da profil şəkli olmayan kontaktların fon rəngləri təsadüfi deyil və müəyyən məna daşıyır. Yayılan məlumatlarda bildirilir ki, fərqli rənglər qarşı tərəfin sizi kontaktlarında saxlayıb-saxlamadığını və ya sizinlə ünsiyyət səviyyəsini göstərir.

Bu paylaşımlarda rənglərin mənası belə izah olunur:

Yaşıl

Şəxs sizi kontaktlarında saxlamayıb

Mavi

Şəxs sizi əvvəllər bloklayıb

Qırmızı

Nadir hallarda danışdığınız şəxslər

Açıq yaşıl

Əvvəllər çox ünsiyyətdə olub, sonradan əlaqəni azaltdığınız şəxslər

Lakin məsələ ilə bağlı heç bir rəsmi açıqlama və ya texniki əsas mövcud deyil. “WhatsApp”ın funksiyalarında bu cür bir xüsusiyyətin olduğu təsdiqlənməyib. Mütəxəssislər bildirirlər ki, tətbiqdə görünən bu rənglər sadəcə profil şəkli olmayan istifadəçilər üçün avtomatik şəkildə təyin edilir və tamamilə təsadüfi xarakter daşıyır. Yəni bu rənglərin istifadəçilər arasındakı münasibətlə heç bir əlaqəsi yoxdur. Beləliklə, sosial mediada yayılan bu iddialar reallığı əks etdirmir və istifadəçilərin çaşdırılmasına səbəb olur./Sfera.az