• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
28.9° Weather Columbus
$
1.7
€
1.9436
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Xocalıda təsərrüfatla məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

06 İyul, 26 / 21:53
A A

Bu gündən başlayaraq Xocalı rayonunun Malıbəyli kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) – eagro.az saytı vasitəsilə müraciətlərin qəbuluna başlanır.

Çağdaş.Az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi (KTN) məlumat yayıb.

Bildirilib ki, Malıbəyli kəndində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi avqustun 6-sı günün sonunadək davam edəcək.

“Malıbəyli kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

Torpaq sahələri minimum 5 hektar təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Malıbəyli kəndində birillik və çoxillik bitkilərdən – şaftalı, nektarin, ərik, nar, alma, şabalıd, xurma, armud, gilas, qoz, üzüm (süfrə və texniki), çiyələk, qarağat, mavigilə (dibçəkdə), moruq, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, buğda, arpa, qarğıdalı (dən və silos üçün), soya, noxud, mərcimək, kartof, tütün, şəkər çuğunduru, yonca, xaşa, müxtəlif ot qarışıqlarının (vika, yulaf, arpa, çovdar) əkilməsi nəzərdə tutulur”, – məlumatda qeyd olunub.

Əlavə edilib ki, əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir:

“Malıbəyli kəndinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:

EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)

Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Malıbəyli” seçməklə ərizə formasını doldurmaq.

Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Malıbəyli kəndi olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.

Qeyd edək ki, müraciət edən şəxslər ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması 10 avqust – 10 sentyabr tarixləri arasında baş tutacaq.

İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

Fermerlər əlavə məlumat üçün Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinə (010-213-41-21, 055-716- 91-95) müraciət edə bilərlər”.

Bənzər Xəbərlər

Cəmiyyət

Meyvələr niyə bahadır? - Ekspertdən AÇIQLAMA

İyul 6, 2026
Cəmiyyət

Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərin DİQQƏTİNƏ!

İyul 6, 2026
Cəmiyyət

Bakıda sevindirən yenilik: Mərkəzdə pulsuz avtobuslar fəaliyyətə başladı

İyul 6, 2026
Cəmiyyət

Yayda dönər təhlükəsi: AQTA-dan kritik xəbərdarlıq

İyul 6, 2026
Cəmiyyət

Sabah 37 dərəcə isti olacaq

İyul 6, 2026
Cəmiyyət

Kimlər daha tez pensiyaya çıxa bilər?

İyul 6, 2026

XƏBƏR LENTİ

Türkiyəni raketlərlə mühasirəyə alırlar? Daha 5 ölkə plana cəlb edildi

06 İyul, 26 / 23:15

“Qarabağ” bu ayrılıqdan yaxşı pul qazanacaq

06 İyul, 26 / 22:57

Bakıda işləyənlərin maaşı 1400 manata çatır

06 İyul, 26 / 22:41

Misir və Azərbaycan arasında vizasız rejim tətbiq olunacaq?

06 İyul, 26 / 22:25

Ermənistan müxalifəti geri çəkildi: Hamısı mandatı qəbul etdi

06 İyul, 26 / 22:08

Xocalıda təsərrüfatla məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

06 İyul, 26 / 21:53

Netanyahu liderlərlə gizli danışıqları ifşa etdi: “Mənə deyirlər ki…”

06 İyul, 26 / 21:36

Meyvələr niyə bahadır? - Ekspertdən AÇIQLAMA

06 İyul, 26 / 21:19

Rusiyanın bu qərarı Azərbaycanda da tətbiq olunacaq? - VACİB AÇIQLAMA

06 İyul, 26 / 21:03

Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərin DİQQƏTİNƏ!

06 İyul, 26 / 20:46
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.