Son dəqiqə
Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib – Prezident Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb
Reklam
Reklam

Yaşı 5-dən az olan uşaqlara diqqət – Təhlükə var

Cəmiyyət

Son illər dünyada uşaq ölümlərinin sayı artıb. Bu qorxunc tendensiya erkən doğum nəticəsində dünyaya gələn uşaqlar arasında özünü daha qabarıq şəkildə göstərir.

Cagdas.az xəbər verir ki, 37 həftədən tez baş tutan doğum erkən doğum sayılır. Həmin uşaqların ağciyəri və ürəyi tam formalaşsa da, bağırsaq sistemi öz funksiyasını ideal şəkildə yerinə yetirə bilmir. Buna görə də bu kateqoriyaya daxil olan uşaqlar 5 yaşıa kimi risk qrupuna aid edilirlər. Digər həmyaşıdları ilə müqayisədə onların xəstələnmək ehtimalı ikiqat yüksəkdir.

Uşaq xəstəlikləri üzrə uzman doktor Reyhan Tamer bildirib ki, erkən doğum nəticəsində dünyaya gələn uşaqların valideynləri xüsusilə diqqətli olmalıdırlar. Həkimin sözlərinə görə, belə uşaqların orqanizmi həssas olduğu üçün onlar həmyaşıdlarından daha tez virusa yoluxurlar. “Erkən doğulan uşaqların ən azı 5 yaşı tamam olana kimi qripə yoluxmuş şəxslərlə ünsiyyəti yolverilməzdir”, – həkim deyib.

Mütəxəssis siqaret çəkən valideynlərin azyaşlı övladlarının səhhəti üçün ciddi təhlükə mənbəyi olduğunu vurğulayıb. Onun sözlərinə görə, valideynlərin balkonda siqaret çəkməsi təhlükəni tamamilə ortadan qaldırmır: “Siqaretin qoxusu paltara hopur və ünsiyyət zamanı uşaqlara ötürülür”.

Reyhan Tamer təkcə həssas qrupa daxil olan uşaqların deyil, hətta sağlam uşaqların da qələbəlik olan məclislərdə iştirakını məqsədəuyğun saymır: “Qış aylarında xəstəliklər daha da artır. Məclislərdə yanaşı əyləşdiyimiz adamların hansı virusun daşıyıcısı olduğunu bilmirik. Uşaqların yad insanlarla təmasına məhdudiyyət qoyulmalıdır. Üç-yüz, bəzən beş yüz, yeddi yüz qonağın bir araya gəldiyi şadlıq evləri uşaqlar üçün təhlükəli məkan sayılır”.

Mütəxəssis valideynlərə azyaşlı övladlarını 3, ən gec 6 aydan bir həkim müayinəsindən keçirməyi tövsiyə edib./Metbuat.az