Son dəqiqə
Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO

Yeni prokuror Misir Mərdanovun kürəkənidir

Cəmiyyət

Bakıda iki rayonun prokuroru dəyişdirilib. Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad edilərək Binəqədi rayon prokuroru vəzifəsinə təyin olunub.
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Pərviz İbayev Nizami rayonundan Binəqədiyə, bu rayonun prokuroru Fuad Məmmədov isə Nizamiyə aparılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Binəqədi rayonunun yeni prokuroru vəzifəsinə təyin edilən Pərviz İbayev 2017-ci ilin dekabrından indiyədək Nizami rayonunun prokuroru idi.

O, həmin vaxtadək Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmiş üzvü, tanınmış hakim Mansur İbayevin oğludur.

Cagdas.az –ın əldə etdiyi məlumata görə, Pərviz İbayev sabiq təhsil naziri Misir Mərdanovun kürəkənidir.

Misir Mərdanovla mərhum Mənsur İbayev arasında qudalıq əlaqəsinun olduğu 2013-cü ildən mətbuatda qeyd edilir.\modern.az\