Son dəqiqə
Azərbaycan pasportu dünyada neçənci yerdədir? “WhatsApp”a iki yeni funksiya gəlir Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür 34 ildir kreslosunu qoruyur – Yaxın Şərqin dəyişməyən SPİKERİ Ərdoğanın sabiq baş müşaviri saxlanıldı QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi COP31-ə geri sayım başladı: Antalya qlobal iqlim sammitinə hazırlaşır ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır – Pentaqon qüvvələri bölgəyə yaxınlaşdırılır “Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı həmişə davam edəcək” – “Novatek” rəhbəri Bazarda artıq mayeləşdirilmiş təbii qaz istehsalı yoxdur — Novatek

Yeni təyinat baş tutub – FOTO

Cəmiyyət

Dövlət Turizm Agentliyində yeni təyinat olub.

Cagdas.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə qurumun sədri Fuad Nağıyev əmr imzalayıb.

Əmrə əsasən, Günay Bayramova Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

O, indiyədək həmin şöbənin müdir müavini postunda çalışıb.

Qeyd edək ki, bu ilin mart ayında Dövlət Turizm Agentliyində böyük qalmaqal baş verib. Mətbuatda yayılan iddialara görə, qurumda Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib.

Bu qalmaqal fonunda agentliyin Aparat rəhbəri Kənan Qasımov və Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifəsindən azad olunub.

Prezident İlham Əliyevin martın 4-də imzaladığı sərəncamla, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.