Son dəqiqə
Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq

Yeni yol nişanını görənlər təəccüblənir – Mənası məlum oldu

Cəmiyyət

ABŞ yollarında sürücülərin qarşısına çıxan və ilk dəfə görənlərin mənasını anlamadığı yeni yol nişanının nə məqsədlə istifadə edildiyi açıqlanıb.

Cagdas.az xəbər verir ki, Ağ fonda qara rəngli, yuxarı qaldırılmış və çarpaz baş barmaq simvolu olan dairəvi nişan həmin ərazidə avtostopla sərnişin götürməyin qəti qadağan olduğunu bildirir.

Bu nişan sürücülərin və piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə müəyyən ərazilərdə, xüsusilə də həbsxanaların ətrafındakı yollarda yerləşdirilir.

Çarpaz baş barmaq simvolu olan bu qadağanedici nişan piyadaların yol kənarında dayanaraq avtomobilləri saxlamasının qarşısını almağa xidmət edir.

Xüsusilə həbsxanaların yaxınlığındakı yollarda belə nişanların yerləşdirilməsinin əsas səbəblərindən biri məhbusların müəssisədən qaçdıqdan sonra avtostopla başqa əraziyə getməsinin və ya nəqliyyat vasitəsini ələ keçirərək qaçmasının qarşısını almaqdır.

Bundan başqa, yüksək sürətli yollarda piyadaların avtomobilləri saxlamağa çalışması ciddi qəza və həyat təhlükəsi yarada bilər. Buna görə də nişanlar təhlükəsizlik baxımından mühüm hesab olunan marşrutlarda quraşdırılır.

Beləliklə, ilk baxışda qeyri-adi görünən çarpaz baş barmaq işarəsi sadəcə avtostopun qadağan olduğunu bildirən xüsusi yol nişanıdır.\Musavat.com\