Son dəqiqə
Azərbaycan pasportu dünyada neçənci yerdədir? “WhatsApp”a iki yeni funksiya gəlir Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür 34 ildir kreslosunu qoruyur – Yaxın Şərqin dəyişməyən SPİKERİ Ərdoğanın sabiq baş müşaviri saxlanıldı QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi COP31-ə geri sayım başladı: Antalya qlobal iqlim sammitinə hazırlaşır ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır – Pentaqon qüvvələri bölgəyə yaxınlaşdırılır “Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı həmişə davam edəcək” – “Novatek” rəhbəri Bazarda artıq mayeləşdirilmiş təbii qaz istehsalı yoxdur — Novatek

Zelenski Ukraynanın 25 faizini itirməklə sülhə razılaşa bilər

Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə ərazisinin təxminən 25 faizinin itirilməsi ilə nəticələnə biləcək və hazırkı cəbhə xətti boyunca döyüşlərin dayandırılmasını nəzərdə tutan sülh razılaşmasının mümkünlüyünü istisna etməyib.

Cagdas.az xəbər verir ki, o bu barədə ABŞ-nin “Fox News” telekanalına müsahibəsində danışıb.
Ətraflı

Jurnalist Zelenskidən münaqişənin hazırkı mövqelərdə dondurulmasını və Kiyevin ölkə ərazisinin dörddə üçünü və ya daha çoxunu öz nəzarətində saxlamasını nəzərdə tutan razılaşmanı qəbul edib-etməyəcəyini soruşub.

“Bəli. Əgər biz elə indi hər şeyi dondurmalı olsaq, düşünürəm ki, bu, müharibəni başa çatdırmaq üçün real yoldur”, – deyə Zelenski cavab verib.

Beləliklə, Ukrayna lideri hazırkı cəbhə xətti boyunca döyüşlərin dayandırılmasını müharibənin sona çatdırılması üçün mümkün variantlardan biri kimi dəyərləndirib. Bununla belə, onun açıqlaması ərazi güzəştlərini nəzərdə tutan konkret sülh sazişinin imzalanmasına razılıq verdiyi anlamına gəlmir.\modern.az\