Son dəqiqə
Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər Aİ-dən Ukraynaya milyardlıq hərbi dəstək: 1,76 milyard avro köçürüldü Bu tarixdə doğulanlar zəngin olur – Hesablama qaydası

Zəngəzur dəhlizi açılıb? – Gorus-Qafan yolunda türk TIR-ları – GÖRÜNTÜ

Cəmiyyət

Ermənistanın Gorus-Qafan yolunda qeydə alınan Zəngəzur dəhlizi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Cagdas.az xəbər verir ki, erməni blogger tərəfindən yayılan videoda qısa müddət ərzində yoldan keçən 7 türk nömrəli yük maşını – TIR qeydə alınıb.

Türkiyə dövlət qeydiyyat nişanlı ağırtonnajlı yük maşınlarının eyni istiqamətdə hərəkəti diqqət çəkib. Sosial şəbəkələrdə Zəngəzur dəhlizinin keçəcəyi ərazilərdə qeydə alınan görüntülərin dəhlizin faktiki olaraq açılması anlamına gəldiyi bildirilib.

Ermənistan ictimaiyyəti türk nömrəli TIR-ların intensiv hərəkətini Azərbaycan, Ermənistan və Türkiyə arasında nəqliyyat əlaqələrinin genişlənməsi istiqamətində proseslərin mümkün göstəricisi kimi qiymətləndiriblər.\modern.az\