Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb

Cəmiyyət

İpoteka və Kredit Zəmanət Fondunun şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tətbiq etdiyi satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə indiyə qədər 10 015 ailənin mənzil şəraiti yaxşılaşıb ki, bunun da 945-i cari ildə bağlanmış müqavilələrin payına düşür.

Cagdas.az Fonda istinadən xəbər verir ki, mənzil şəraitini yaxşılaşdıran vətəndaşların 60 %-dən çoxu gənclər və gənc ailələrdir.

Mənzillər vətəndaşlara 17 ünvanda mənzillər təqdim edilib. Onlardan 8-i Bakıda, 6-sı Abşeronda (Xırdalan şəhərində 3 ünvan, Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində 3 ünvan), 3-ü isə Sumqayıtda yerləşir.

Mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərinə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə edilməklə təmir olunub, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz edilib, eyni zamanda mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.\modern.az\