Son dəqiqə
Qızıl-gümüş ucuzlaşdı Bu ərazilərə qar yağır AZAL Sabiha Gökçen Hava Limanına uçmayacaq – RƏSMİ Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO

100 manata 3 qəpik – Kartdan karta köçürmə haqqı enir ya ləğv olunur? – VİDEO

Cəmiyyət

Mərkəzi Bankın qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiqlənib.

Gələn il aprelin 1-dən tətbiq olunacaq bu dəyişikliklərin bəzilərinə nəzər salaq: Banklar vasitəsilə böyük və xırda pul köçürmələri (AZIPS və XÖHKS sistemləri) edərkən tutulan xidmət haqlarının yuxarı həddi 1,5 və 2 dəfə endirilir.

Həmçinin əvvəllər pulu günün hansı saatında göndərməyinizdən asılı olaraq tariflər dəyişirdisə, indi saat fərqi ləğv edilir.

Bir digər dəyişiklik isə interçeyc tariflərinə gətirilən limitdir. Sadə dildə belə izah edək: Gündəlik həyatımızda supermarket, restoran, aptek və ya yanacaqdoldurma məntəqələrində kartla ödəniş edərkən arxa fonda maraqlı bir proses baş verir. Biz heç bir komissiya ödəməsək də, alış-veriş etdiyimiz mağazanın bankı köçürməni edən bizim bankımıza daxili bir xidmət haqqı ödəyir. Bu interçeync haqqı marketlərdə maksimum 1,25%, kommunalda isə 0,1% olaraq müəyyən edilib.

Cagdas.az bildiriri ki İqtisadçı Xalid Kərimli yeni tariflərin təsirlərini Ölkə.az-a şərh edib. O bildirib ki, sözügedən xidmət haqlarının vətəndaşa birbaşa təsiri yoxdur.

İnsanlar tərəfindən ən çox maraqla qarşılanan və sual yaradan yeniliklərdən biri isə kartdan-karta köçürmələrlə bağlıdır. Mərkəzi Bank ilk dəfə olaraq kartdan-karta köçürmələrin emalı üçün sabit tarif intervalları müəyyən edib. Belə ki kartından pul göndərilən bank əməliyyatın texniki emalını həyata keçirən Banklararası Kart Mərkəzinə 100 manat üçün 3 qəpik, 40 min manatdan çox məbləğlər üçün 4 manat ödəyəcək.

Bəs bunun siravi vətəndaşların kartdan karta əməliyyatlarında tutulan komissiyalara təsiri olacaqmı?

Yekun olaraq, ekspertin fikrincə, Mərkəzi Bankın bu addımı bankların daxili xərclərinə təsir etsə də, bunun sıravi vətəndaşların cibinə necə təsir edəcəyini yalnız banklararası rəqabətin gələcək gedişatı göstərəcək.

Könül Vəliyeva