Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR

Cəmiyyət

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin seçə biləcəyi ixtisaslar haqqında məlumat yayıb.

Cagdas.az  xəbər verir ki, DİM-ın məlumatına görə, aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

  • Meliorasiya mühəndisliyi;
  • Texnologiya müəllimliyi;
  • Ekologiya mühəndisliyi;

2026-cı ildən etibarən aşağıda qeyd olunan ixtisaslar üzrə də ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

  • Kompüter mühəndisliyi;                                             Rİ
  • İnformasiya texnologiyaları;                                      Rİ
  • Qida mühəndisliyi;                                                     RK
  • Elektrik və elektronika mühəndisliyi;                          RK
  • Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi;  RK
  • Mexanika mühəndisliyi;                                             RK
  • Radiotexnika və telekommunikasiya mühəndisliyi.   RK

Bundan əlavə, əvvəlki illərdə olduğu kimi aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150‑dən və imtahanın ikinci mərhələsi üzrə balı 50‑dən az olmayan abituriyentlər iştirak edə bilərlər:

  • Aqromühəndislik;
  • Aqronomluq;
  • Balıqçılıq;
  • Meşəçilik;
  • Şərabçılıq;
  • Torpaqşünaslıq və aqrokimya;
  • Yerquruluşu və daşınmaz əmlakın kadastrı;
  • Zoomühəndislik.

II ixtisas qrupu üzrə:

– Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

  • Marketinq;
  • Biznesin idarə edilməsi;
  • Turizm bələdçiliyi;
  • Turizm işinin təşkili;

2026-cı ildən etibarən aşağıda qeyd olunan ixtisaslar üzrə də ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

  • Mühasibat;
  • Dövlət və bələdiyyə idarəetməsi;
  • Maliyyə;
  • İqtisadiyyat;
  • Menecment;
  • Beynəlxalq ticarət və logistika;
  • Nəqliyyatda servis (nəqliyyat növləri üzrə).

III ixtisas qrupu üzrə:

– Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyent­lər buraxılır:

  • Muzey, arxiv işi və abidələrin qorunması;
  • Sosial iş;
  • Regionşünaslıq (regionlar üzrə).

IV ixtisas qrupu üzrə:

– Aşağıda qeyd olunan ixtisas üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

  • Ekologiya.

– Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150‑dən və imtahanın ikinci mərhələsi üzrə balı 50‑dən az olmayan abituriyentlər iştirak edə bilərlər:

  • Bağçılıq və tərəvəzçilik;
  • Baytarlıq təbabəti;
  • Bitki mühafizəsi;
  • Su bioehtiyatları və akvakultura.