Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

150 ilin ən güclü istisi qapıdadır – Ərzaq da bahalaşacaq

Cəmiyyət

2027-ci ildə orta qlobal temperatur sənayedən əvvəlki dövrlə müqayisədə təxminən 1,7 dərəcə Selsi yüksək ola bilər.
Cagdas.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) iyul proqnozuna görə, “El Nino” ilin sonuna qədər güclənə bilər və oktyabr-dekabr dövründə çox güclü “El Nino” baş verməsi ehtimalı 81 faizdir.NOAA həmçinin hadisənin 2027-ci ilin yazına qədər davam etməsi ehtimalını yüksək qiymətləndirir.

“El Nino” zamanı Sakit okeanın ekvatorial hissəsində okean səthinin temperaturu yüksəlir və bu, atmosfer dövranına təsir göstərərək, dünyanın müxtəlif bölgələrində hava şəraitini dəyişir.

Alimlərin hesablamalarına görə, “El Nino”nun təsiri qlobal istiləşmə ilə birləşərsə, 2027-ci ildə orta qlobal temperatur sənayedən əvvəlki dövrlə müqayisədə təxminən 1,7 dərəcə Selsi yüksək ola bilər. Bu göstərici 1,5 dərəcəlik kritik həddən xeyli yuxarıdır.

Güclü “El Nino” nəticəsində bəzi bölgələrdə quraqlıq və istilik dalğalarının, digərlərində isə güclü yağışlar və daşqınların artması gözlənilir. Amazon hövzəsi də xüsusilə böyük risk altındadır.“El Nino”nun təsirləri yalnız hava ilə məhdudlaşmır. Quraqlıq, daşqın və ekstremal istilər kənd təsərrüfatında məhsuldarlığı azaldaraq, qlobal ərzaq bazarında ciddi bahalaşmaya səbəb ola bilər.

“Goldman Sachs” analitiklərinin hesablamalarına görə, “Super El Nino” qlobal ərzaq əmtəələrinin qiymətlərini 15,8 faizədək artıra bilər. Bu təsirlərin 2028-ci ilə qədər davam etməsi mümkündür.

Xüsusilə Hindistanda musson yağışlarının zəifləməsi düyü, buğda və şəkər qamışı istehsalına mənfi təsir göstərə bilər. Bu isə təkcə yerli bazarla məhdudlaşmayaraq, dünya üzrə ərzaq qiymətlərinə təsir göstərə bilər.

Dəniz suyunun temperaturunun yüksəlməsi mərcan riflərinin kütləvi ağarması və dəniz ekosistemlərinin zədələnməsi riskini artırır. “El Nino” həmçinin okeanların atmosferdən karbon qazını udmaq qabiliyyətinə təsir göstərə bilər.