Ötən il Azərbaycanda 16 yaşda və 16 yaşa qədər qadınlar tərəfindən doğulan uşaqların sayı 188 nəfər olub.
Cagdas.az-ın əldə etdiyi xəbərə görə, bu, 2024-cü ilin yekunu ilə müqayisədə 33% azdır.
17 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı 689 nəfər, 18 yaşda 2822 nəfər, 19 yaşda 5316 nəfər olub.
Ümumilikdə, ötən il 20 yaşadək qadınlar tərəfindən doğulan uşaqların sayı 9015 nəfər olub. Bunun da ümumi doğumda payı 9,4% təşkil edib.
Doğumun 29,2%-i (2631) şəhər, 70,8%-i (6384) isə kənd yerlərinin payına düşüb.\ölkə.az\


