Son dəqiqə
Reklam
Reklam

İran Hörmüz boğazında ticarət gəmisinə hücum edib – VİDEO

Dünya

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələrinin Fars körfəzi və Hörmüz boğazı ərazisində ticarət gəmisinə hücum etdiyi bildirilir.

Cagdas.az xəbər verir ki, hadisə ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

İlkin məlumatlara görə, hücumdan sonra gəmidə güclü yanğın başlayıb.

İran tərəfi bölgədəki gəmilərə qarşı hərbi tədbirləri naviqasiya qaydalarının pozulması və icazə verilməyən marşrutlardan istifadə edilməsi ilə əsaslandırır.

Hadisə ilə əlaqədar yaxınlıqdakı gəmilər və müvafiq xidmətlərin mümkün təhlükə barədə xəbərdar edildiyi bildirilir.

Qeyd edək ki, son günlər Hörmüz boğazında ticarət gəmilərinə hücumlar intensivləşib. Bu da strateji əhəmiyyətli dəniz marşrutunda təhlükəsizliklə bağlı narahatlıqları artırıb.\modern.az\