Cagdas.az xəbər verir ki, planetlərin, xüsusilə Yupiterin mövqeyinin bu bürclərə müsbət təsir göstərdiyi hesab edilir. Oxatan, Şir və Balıqların yeni fürsətlərlə qarşılaşa və həyatlarında uğur qazana biləcəkləri bildirilir.
Oxatan
Oxatan bürcü şans və bolluq planeti sayılan Yupiterin təsiri ilə əlaqələndirilir. Bu bürcün nümayəndələri səyahət, təhsil və yeni layihələrdə uğurlu fürsətlərlə qarşılaşa bilərlər. Optimist düşüncələri və cəsarətləri onların qarşılarına çıxan imkanlardan yararlanmalarına kömək edə bilər.
Şir
Şir bürcü xarizması və özünəinamı ilə seçilən bürclərdən hesab olunur. Onların xüsusilə karyera, yaradıcılıq və liderlik sahələrində uğur qazanmaq şanslarının yüksək olduğu düşünülür. Yeni tanışlıqlar və təşəbbüskarlıq Şirlərə qarşılarına çıxan fürsətləri dəyərləndirməkdə kömək edə bilər.
Balıqlar
Balıqlar bürcünün güclü intuisiyası və həssaslığı onların əsas xüsusiyyətlərindən sayılır. Bu bürcün nümayəndələri çətin vəziyyətlərdə gözlənilməz çıxış yolları tapa və yeni imkanlarla qarşılaşa bilərlər. İntuisiyalarına güvənmələri və hadisələri diqqətlə qiymətləndirmələri düzgün qərarlar vermələrinə kömək edə bilər.\metbuat.az\


