Son dəqiqə
Reklam
Reklam

Pezeşkian sabah Ermənistana gedir

Cəmiyyət

İran Prezidenti Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana qısamüddətli səfər edəcək.

Cagdas.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqayi bildirib.

İran Prezidenti BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasında (COP17) iştirak edəcək.

Baqayinin sözlərinə görə, sammit çərçivəsində Pezeşkianın tədbirə qatılacaq bir sıra ölkələrin liderləri ilə görüşləri və fikir mübadiləsi də nəzərdə tutulub.

Xatırladaq ki, Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomonyan daha əvvəl müxtəlif ölkələrdən təxminən 50 liderin İrəvana gələcəyinin gözlənildiyini açıqlayıb.

BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının COP17 sammiti 2026-cı il oktyabrın 19-dan 30-dək İrəvanda keçiriləcək. Hazırlıq tədbirləri və “Yaşıl zona”nın fəaliyyəti isə oktyabrın 18-də başlayacaq.

Növbəlilik prinsipinə əsasən, COP forumunun növbəti sessiyası Latın Amerikası və Karib hövzəsi ölkələrindən birində keçirilməlidir. Ev sahibi ölkə səsvermə yolu ilə seçiləcək.\modern.az\