Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

17 bölgədə göllər və çaylar yaşıl rəngə boyandı: Əhaliyə suya girməmək tövsiyə edildi

Cəmiyyət

Argentinanın Buenos Ayres əyalətinin on yeddi bölgəsində çay və göllərdə siyanobakteriyaların şiddətli artması  səbəbindən narıncı həyəcan siqnalı verilib. Bəzi ərazilərdə suyun yaşıllaşmasına səbəb olan bakteriyalar sakinləri bu riskli zonalardakı suya girməkdən çəkinməyə vadar edib. Narıncı həyəcan siqnalının qüvvədə qaldığı ərazilərdə, xüsusən də üzgüçülük və digər su fəaliyyətləri ilə bağlı xəbərdarlıqlar verilib. 

Sianobakteriyalar həm şirin suda, həm də duzlu suda təbii olaraq mövcud ola bilən mikroskopik orqanizmlərdir. Bu orqanizmlər uyğun şəraitdə sürətlə çoxala, suyun səthində yaşıl təbəqələr, ləkələr və sıx qruplar əmələ gətirə bilər.

Artan temperatur, durğun su və azot və fosfor kimi qida maddələrinin artması siyanobakteriyaların çoxalmasını sürətləndirə bilər. Bu, yalnız suyun görünüşünü dəyişdirməklə yanaşı, bəzi siyanobakteriya növlərinin istehsal etdiyi toksinlər səbəbindən sağlamlıq üçün təhlükə yarada bilər. Çirklənmiş su ilə təmasda olan insanlarda dəri qaşınması və qıcıqlanması, ürəkbulanma, qusma və ishal kimi simptomlar müşahidə oluna bilər. Yüksək səviyyədə toksinlərə məruz qalma qaraciyərə, böyrəklərə, sinir sisteminə və tənəffüs sisteminə daha ciddi təsir göstərə bilər.

Buna görə də səlahiyyətlilər narıncı xəbərdarlıq elan edilmiş ərazilərdə suya girməməyi və su içməməyi, həmçinin bu sulardan əldə edilən balıq kimi qidaları istehlak etməməyi tövsiyə edirlər. \referans media\