Belçikada elektrikli skuterlərin istifadəsi ilə bağlı yeni təhlükəsizlik qaydaları bu gündən qüvvəyə minib.
Cagdas.az xəbər verir ki, yeni qaydalara əsasən, konstruksiyasına görə saatda 20 kilometrdən artıq sürət yığa bilən elektrikli skuterləri idarə edən şəxslər üçün kaska taxmaq məcburi olub.
Qayda skuterin faktiki hərəkət sürətinə deyil, texniki xüsusiyyətlərinə əsaslanır.
Belə ki, skuter saatda 20 km-dən artıq sürət yığmaq imkanına malikdirsə, hətta daha aşağı sürətlə idarə olunsa belə, sürücü kask taxmalıdır.
İstifadəçilər velosiped və ya moped kasklarından istifadə edə bilərlər.
Saatda maksimum 20 km sürət yığan elektrikli skuterlər isə bu tələbdən azaddır.
Yeni tələbi pozan şəxslər 64 avro məbləğində cərimə ödəyəcək. Bundan əlavə, 10,67 avro inzibati rüsum da tətbiq olunacaq.
Paytaxt Brusselsdə paylaşımlı elektrikli skuterlərin maksimal sürəti 20 km/saat ilə məhdudlaşdırıldığı üçün onlar yeni kask məcburiyyətinə daxil edilməyib.
Belçika bu qərarla elektrikli skuter istifadəçiləri üçün kask taxmağı məcburi edən Denmark, İtaliya və kimi Avropa ölkələrinin sırasına qoşulub.
Qeyd edək ki, Belçikada ictimai yollarda elektrikli skuterlərin saatda 25 kilometrdən artıq sürətlə idarə olunması artıq qadağandır.
Rəsmi məlumatlara görə, ötən il ölkədə elektrikli skuterlərin iştirakı ilə baş verən yol qəzalarında təxminən 2 500 nəfər xəsarət alıb.\referans media\
















