Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

211 nömrəli avtobus axşam saatlarında niyə işləmir?

Cəmiyyət

211 nömrəli avtobus axşam saat 20:00-dan sonra fəaliyyət göstərmir.

Cagdas.az bildiriri ki bununla bağlı Milli.Az-a şikayət daxil olub.

“BakuBus” MMC-dən sorğumuza cavab olaraq bildirilib ki, 211 nömrəli müntəzəm marşrut xəttində ümumilikdə 18 iritutumlu avtobus sərnişindaşıma xidməti göstərir. Avtobusların hərəkət intervalı orta hesabla 9-10 dəqiqədir.

Bildirilib ki, marşrut üzrə sərnişin tələbatı, həmçinin ərazidə yerləşən “Abşeron” Ticarət Mərkəzi və “Meyvəli” satış bazarının iş qrafiki nəzərə alınaraq avtobusların hərəkət qrafiki 06:00-dan 20:00-dək müəyyən edilib.

Qeyd olunub ki, təsdiq edilmiş qrafikə əsasən, 211 nömrəli avtobusun KOBİA istiqamətindən son çıxışı saat 19:30-da, “Abşeron” Ticarət Mərkəzi istiqamətindən isə 20:00-da həyata keçirilir.