• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
30.6° Weather Columbus
$
1.7
€
1.961
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“28 May” stansiyası ilə bağlı xoş xəbər

05 Avqust, 26 / 20:09
A A

Bakı metrosunda xətlərin ayrılması layihəsi çərçivəsində “Nizami”–”Cəfər Cabbarlı” istiqamətində inşa ediləcək təxminən 200 metr uzunluğunda iki yeni metro tunelinin tikintisi zəminin hidrogeoloji vəziyyəti əlverişli olacağı təqdirdə planlaşdırılan müddətdən daha tez başa çatdırıla bilər.
Cagdas.az  xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində “Nizami”–”28 May” arasında mövcud tunel istismardan çıxarılacaq və konstruktiv baxımdan ləğv ediləcək. Bunun əvəzində “Nizami”–”Cəfər Cabbarlı” istiqamətində iki yeni tunel inşa olunacaq. Tikintinin təxminən 10-11 ay ərzində başa çatdırılması planlaşdırılır.

Bu müddətdə “Yaşıl xətt” üzrə qatarların hərəkəti müvəqqəti olaraq yalnız “Nizami” stansiyasına qədər təşkil ediləcək.

B. Məmmədov qeyd edib ki, Bakı Metropoliteninin uzun illərdir həllini gözləyən əsas məsələlərindən biri “Yaşıl” və “Qırmızı” xətlərin “28 May” stansiyasında kəsişərək birləşməsidir:

“Bu problemin həlli üçün avqustun 15-dən layihənin ən vacib mərhələsinə başlayırıq. Bu mərhələ iki əsas istiqaməti əhatə edir”.

Onun sözlərinə görə, ilk olaraq “Dərnəgül” stansiyası yaxınlığındakı elektrik deposunun tikintisinin ikinci mərhələsi başa çatdırılacaq: “Bu, həmin istiqamətdə qatarların texniki xidmətinin və istismarının daha səmərəli təşkilinə imkan verəcək. İkinci mərhələdə isə “Nizami” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirəcək, uzunluğu təxminən 200 metr olan yeni tunellər inşa ediləcək.

“28 May” stansiyasının yerləşdiyi ərazi mürəkkəb hidrogeoloji şəraitə malikdir. Buna görə də tikinti müddəti 10-11 ay hesablanıb. Lakin zəmin əlverişli olarsa, işlərin daha tez başa çatdırılması mümkündür”.

B. Məmmədovun qeyd edib ki, tikinti dövründə “Qırmızı xətt” üzrə qatarların hərəkəti dəyişməyəcək. Qatarlar “İçərişəhər”–”Həzi Aslanov” marşrutu üzrə əvvəlki qaydada fəaliyyət göstərəcək, “28 May” stansiyası da normal rejimdə işləyəcək. Lakin “28 May”–”Nizami” istiqamətində qatarların hərəkəti tam dayandırılacaq. Bu səbəbdən “Yaşıl xətt” üzrə qatarlar müvəqqəti olaraq “Dərnəgül”–”Nizami” marşrutu üzrə hərəkət edəcək.

Layihə tamamlandıqdan sonra isə qatarlar “Dərnəgül”–”Nizami”–”Cəfər Cabbarlı”–”Xətai” marşrutu ilə hərəkət edəcək.

B. Məmmədov bildirib ki, xətlər ayrıldıqdan sonra sərnişinlər “Yaşıl xətt”dən “Qırmızı xətt”ə “Cəfər Cabbarlı”–”28 May” keçidi vasitəsilə, əks istiqamətdə isə “28 May”–”Cəfər Cabbarlı” piyada keçidlərindən istifadə edə biləcəklər.

Sərnişin axınının daha rahat idarə olunması məqsədilə əlavə piyada keçidi də inşa edilir.

Onun sözlərinə görə, layihənin növbəti mərhələsi Bakı Metropolitenində əsas problemlərdən biri olan sıxlığın aradan qaldırılmasına xidmət edəcək: “Bunun üçün ilk növbədə qatarlararası intervalların azaldılması nəzərdə tutulur.

Bu məqsədlə “İçərişəhər” stansiyasının arxasında dönmə kamerası tikilir. Eyni zamanda, “Xətai” stansiyasından sonrakı istiqamətdə inşa olunacaq ilk iki yeni stansiyanın yaxınlığında da dönmə kamerası yaradılacaq. Bu infrastruktur qatarların xətt üzrə maneəsiz dövrə vuraraq hərəkətini təmin edəcək və hərəkət qrafikinin daha çevik təşkilinə imkan verəcək”.(referans media)

Bənzər Xəbərlər

Cəmiyyət

“WhatsApp”da yenilik: “@hərkəs” etiketini təqdim etdi

Avqust 5, 2026
Cəmiyyət

Sabah çimərliklərdə hava necə olacaq?

Avqust 5, 2026
Cəmiyyət

Bakıda metro xəritəsi dəyişəcək – 10 yeni stansiya tikilir

Avqust 5, 2026
Cəmiyyət

Metro əlavə 88 milyon sərnişin daşıyacaq

Avqust 5, 2026
Cəmiyyət

Bakıda 108 küçə və prospektdə təmir aparılır

Avqust 5, 2026
Cəmiyyət

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

Avqust 5, 2026

XƏBƏR LENTİ

“WhatsApp”da yenilik: “@hərkəs” etiketini təqdim etdi

05 Avqust, 26 / 21:04

Azərbaycanda iki futbol klubunun adı dəyişdirildi

05 Avqust, 26 / 20:51

Sabah çimərliklərdə hava necə olacaq?

05 Avqust, 26 / 20:38

Bakıda metro xəritəsi dəyişəcək – 10 yeni stansiya tikilir

05 Avqust, 26 / 20:23

“28 May” stansiyası ilə bağlı xoş xəbər

05 Avqust, 26 / 20:09

Metro əlavə 88 milyon sərnişin daşıyacaq

05 Avqust, 26 / 19:54

Bakıda 108 küçə və prospektdə təmir aparılır

05 Avqust, 26 / 19:39

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

05 Avqust, 26 / 19:26

“Nəriman Nərimanov” metrosu ətrafında dəyişiklik – Sərnişinlərə xəbərdarlıq

05 Avqust, 26 / 19:13

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

05 Avqust, 26 / 19:02
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.